Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1287/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1956-cı il tarixdə Quba rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Daewoo Gentra minik markalı, 99GE344 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə işi Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə Səbail RPİ-nə, Səbail rayonu Parlament prospekti 76 ünvanın qarşısında X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması barədə məlumat daxil olmuşdur. Yol-nəqliyyat hadisə yerinə, Səbail rayonu Parlament prospekti 76 ünvanında yerləşən Mərkəzi Klinikanın həyətində baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinə sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Təhqiqat zamanı baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olan Daevo Gentra minik markalı Az **-GE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərək protokollar tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-ci tarixdə, saat 14 radələrində atasını xəstəxanada ziyarət etmək məqsədi ilə rəfiqəsi Nahidədən xahiş etbmiş ki. Atası idarə etdiyi avtomobillə onu oraya aparıb gətirsin.Bu səbəbdəndə Şəxs idarə etdiyi Daevo Gentra minik marfkalı **-GE-*** dövlət qeydiyyat nişamlı avtomobili ilə onu Səbail rayonu Parlament prospektində yerləşən Mərkəzi klinikanın həyətinə gətirmişdir.O avtomobiluin arxa oturacağından düşərək xəstəxanaya getgmək istəyən zaman avtomobilin qapısını bağlamış,lakin sürücü onun avtomobildən düşdüyünü zənn edib avtomobili hərəkət etdirməyə başlayan zaman avtomobilin sol arxa təkəri onun ayağının üzərindən keçmişdir.Həmin vaxt o qışqırdığı üçün sürücü Şəxs avtomobili dərhal saxlayaraq ona kömək etmək üçün Mərkəzi Klinik xəstəxanaya aparmış orada ona tibbi yardım göstərildikdən sonra öz avtomobili ilə yaşadığı ünvana getdiyini bildirmişdir.Hadisə ilə bağlı onun sürücü Şəxs heç bir şikayət və tələbi olmadığını hadisənin ehtiyatsızlıqdan baş verdiyini qeyd etmişdir. Vətəndaş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2020ci tarixdə, qızının xahişi ilə rəfiqəsi Nuranəni Bakı şəhəri Səbail rayon ərazisində yerləşən Mərkəzi Klinikaya apdığını, Nuranənin bildirməsinə görə atası həmin xəsatəxanada müayinə olunduğunu qeyd etmişdir. Həmin gün saat 14 radələrində özünə məxsus olan və idarə etdiyi “DAEWOO GENTRA” markalı, avtomobil ilə Nuranəni Mərkəzi klinikanın həyətində düşürtmüş,Nuranə avtomobil sol arxa hissəsindən düşdükdən sonra avtomobili qabağa doğru hərəkət etdirmək istəyərkən Nuranənin qışqırıq səsini eşidib, dərhal avtomobili saxladığını bildirmişdir.Bundan sonra ona məlum olmuşdur ki, avtomobili qarşıya doğru hərəkət etdirmək istəyən zaman avtomobilin sol arxa təkəri Nuranənin sağ ayagınınn üzərinə çıxmışdır. O, dərhal Nuranəyə köməklik gösrətib onu həmin Klinik Mərkəzə aparıb həkim müayinəsindən keçirmişdir. Orada Nuranəyə tibbi yardım göstərilib və ambulator müalicə üçün evinə buraxıldığını bildirmişdir. Bundan sonra o, öz avtomobili ilə Nuranəni evə aparmış və lazımı yardım göstərdiyini və halhazırda Nuranə müayinəsini evdə davam etdirdiyini qeyd etmişdir, polis əməkdaşları hadisəni sənədləşdirmişlər.Hadisə zamanı avtomo bildə tək olduğunu, hər hansıbir xəsarət almadığını, və avtomaşını idarə etmək üçün bütün sənədləri qaydasında olduğunu qeyd etmişdir. Sərxoşluq halların bütün növlərini təyin edən tibbi müayinə protokollarından görünür ki,vətəndaş Şəxs alkoqol sərxoşluq vəziyyətləri ayıqdır. Məhkəmə-tibbi ekspertizanın 236 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X1 müayinəsinə, onun adına tərtib olıunmuş tibbi sənədlərdə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlinmişdir. N.H.Məmmədovanın bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ aşıq baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayyət olunan bayır topuq səhtinin hematoması bər kut əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2020ci il tarixli avtomobil travması o, cümlədən sağ ayaq pəncəsinin hərəkətdə olan avtomaşının təkərinin altında qalması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2020-ci il tarixdə saat 14 radələrində özünə məxsus olan idarə etdiyi Daevo Gentra minik markalı az **-GE- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonu Parlament prospekti 76 ünvanında yerləşən Mərkəzi Klinkanın həyətində ehtiyatsızlıq nəticəsində X2 YÜNGÜL bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1287/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1287/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver