Məhkəmə qərarları › İş №3(009)-1288/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1288/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1288/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə inspektoru polis kapitanı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Əliəhməd oğlunun iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda qeydiyyatda olan və yaşayan Şəxs Əliəhməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Əliəhməd oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Səbail rayonu «Finnegans Pub»-ın qarşısında Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi avtomobilin texniki şəhadətnaməsi, 30 manat pul, 03 ədəd müxtəlif banklara aid kartlar olan pul kisəsi Şəxs Əliəhməd oğlu tərəfindən oğurlanmışdır. Nəticədə Şəxs Əliəhməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2 protokolu müdafiə edərək, Şəxs Əliəhməd oğlunun barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əliəhməd oğlu məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, maddi vəziyyətinə görə xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Səbail rayonu «Finnegans Pub»-ın qarşısında içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi avtomobilin texniki şəhadətnaməsi, pul və bank kartları olan pul kisəsinin oğurlanmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Əliəhməd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin 11 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın icrası qeyd olunan əməli törətmiş naməlum şəxs(lər)in şəxsiyyətinin müəyyən edilərək barəsində İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbiri görülməsi üçün Səbail RPİ_nin 9-cu PB-nə həvalə edilməsi qərara alınmışıdır. Həmin qərardan görünür ki, araşdırma zamanı vət. Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat təxminən 02 radələrində Bakı şəhərində keçirilən Formula-1 tədbiri ilə əlaqədar olaraq dostları ilə Səbail rayonu Tarqovi adlanan əraziyə gələrək orada gəzişdikdən sonra « Finnegans Pub»-a daxil olaraq orada müəyyən miqdarda spitli içki qəbul edib təxminən 2 saata yaxın əyləndikdən sonra özünə məxsus içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, «Kia Seranto» markalı 77- DM- 035 dövlət qeydiyyat nişanlı avtomaşına məxsus texniki şəhadətnamə, 30 manata yaxın nəğd pul, 02 ədəd Bank of Baku 01 ədəd Kapital banka aid kartlar olan pul kisəsini və özünə aid mobil telefonu masanın üzərinə qoyub restoranın qarşısına çıxıb geri qayıdan zaman telefonu masanın üzərində olsa da, lakin pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Restoranın administratoruna bu barədə məlumat vermişdir. Onlar pul kisəsini tapdıqları təqdirdə geri qaytaracaqlarını bildirmişlər. Evinə gedib çatan radələrlə mobil telefon vasitəsilə kartından «Buta» marketdən 04.45 manatlıq alış-veriş edilmiş, «Bank of Baku»ya məxsus 5315-9921-4657-3065 saylı kartından 4 manatlıq alış-veriş edilmiş, saat təxminən 04:33-də təkrarən ərzaq mağazasından 10 manatlıq alışveriş, saat 04;20-də «X4»-dan 3 manatlıq alış-veriş olunmuşdur. Dərhal ona məxsus bank kratları bloklandığı üçün xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə ilə bağlı olaraq şübhələndiyi şəxsin olmadığını, hadisə nətcəsində 17 manat kart hesabından pul çıxarılmış 30 manat nağd pul və pul kisəsinin qiyməti 100 manat olmaqla oğurlanmışdır. İş materiallarında olan inzibati xəta haqqında tutma protokolundan görünür ki, Şəxs Əliəhməd oğlu 22 iyun 2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Əliəhməd oğlunun barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs Əliəhməd oğlunun barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliəhməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Əliəhməd oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı Probasiya İdarəsinə tapşırılsın. İnzibati qaydada tutulmuş Şəxs Əliəhməd oğlu dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar