Məhkəmə qərarları › İş №3(009)-129/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-129/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-129/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bərdə Rayonu, Güloğlular ərazi dairəsi, Qaradağli kəndində qeydiyyatda olan, Bakı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 05 noyabr 2021-ci il tarixdə saat 18:00-da radələrində Bakı şəhəri, Səbail rayonu, Funikulyorun pilləkənlərində X2 döymüşdür. Bununla da onun barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsi sahə inspektoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, X2 2021-ci ilin iyul ayından tanıyır. X4 azyaşlı övladını parka açıq havada idman etdirməyə apararkən o, onlara yaxınlaşıb onunla münasibət qurmuşdur. Onunla ailə həyatı qurmaq istəmiş və yaxın münasibətdə olmuşdur. X4 əvvəllər onunla hətta evlənməyə də razı olmuşdur. Lakin sonradan fikrini dəyişərək buna razı olmamışdır. V.Sultanova, onun xarakterinin çətin olduğunu görüb ondan ayrılmaq qərarına gəlmişdir. Lakin o Sultanova Viktoriyadan heç vaxtı ayrılmayacağını bildirmişdir. Sultanova Viktoriya onu dəfərlə söyüb təhqir edərək ondan ayrılmamağını istəmişdir. 05 noyabr 2021-ci il tarixdə axşam saat 18:00 radələrində o, X4 ilə işdən çıxıb evə gedərkən “Neftçilər” xəstəxanasının yanında onunla görüşüb hara getməyini soruşmuş, Viktoriya ona bildirmişdir ki, rəfiqəsigilə qonaqlığa gedir. Həmin vaxtı o, V.Sultanovaya onu aldatdığını, başqa şəxslə görüşə getməyini söyləyərək onunla birlikdə gəzə-gəzə Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsinin yaxınlığındakı “Funikulyorun” yanına getmişlər. Sonra onlar oradakı pilləkənlərlə yuxarı qalxmış, həmin vaxtı V.Sultanova ona inanmayıb ondan ayrılmaq istədiyini bildirəndə onu qucaqlayıb öpmüşdür. V.Sultanova yenə də ondan qəti şəkildə ayrılacağını and içdiyini söyləyəndə, o əsəbləşib onu heç kəsin olmadığı yerə aparıb, ağacların arxasında onu əli ilə döymüşdür. Həmin vaxtı orada onlardan başqa heç kəs olmamışdır. Hazırda özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Şəxs 2021-ci ilin iyul ayından tanıyır.O, azyaşlı övladını parka açıq havada idman etdirməyə apararkən, Şəxs onlara yaxınlaşıb münasibət qurmuşdur. Şəxs bir müddətdən sonra onu sevdiyini deyib, onunla evlənmək istədiyini bildirmişdir. Lakin o buna razı olmamış, onun xarakterinin çətin olduğunu görüb ondan ayrılmaq qərarına gəlmişdir. Lakin Şəxs ondan heç vaxtı ayrılmayacağını bildirmişdir. Şəxs onu dəfələrlə izləyərək,ona hədə-qorxu gələrək ondan ayrılmamağını istəmişdir. 05.11.2021-ci il tarixdə axşam saat 18:00 radələrində V.Sultanova işdən çıxıb evə gedərkən Şəxs “Neftçilər” xəstəxanasının yanında avtobus dayanacağında onunla görüşüb hara getməyini soruşmuşdur. V.Sultanova həmin vaxtı ona bildirib ki, ”rəfiqəmgilə qonaqlığa gedirəm”. Həmin vaxt onun üstünə qışqıraraq,onu özü ilə birlikdə gəzəgəzə Səbail rayonu“Azneft dairəsi’’nin yaxınlığındakı “Funikulyorun” yanına aparmışdır. Sonra onlar oradakı pilləkənlərlə yuxarı qalxıb, orada olan ağacların arxasında, heç kəsin olmadığı bir yerdə əlləri ilə onu döymüşdür. Həmin vaxtı orada ikisindən başqa heç kəs olmamışdır. O həmin vaxtı bədən xəsarətləri almışdır. Lakin həmin vaxtı Şəxs qorxduğu üçün ondan şikayət etməmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 12 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzbati xəta haqqında protokola əsasən 05 noyabr 2021-ci il tarixdə saat 18:00-da radələrində Səbail rayonu, Funikulyorun pilləkənlərində vətəndaş X2 əli ilə döymüşdür. 10 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla vətəndaş X1, DİN-nin 102 xidmətinə verdiyi NK1-1668 saylı məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın icrası aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının 749 saylı rəyinə əsasən 1986-cı il təvəllüdlü X1 bədəni üzərində aşkar edlmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyib. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, barəsində protokol tərtib edilmiş Şəxs özünün etirafedici izahatı, protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsin və zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxs X2 döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 114.1.1, 115.1, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar