Məhkəmə qərarları › İş №3(009)-129/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-129/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-129/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri “ALM” Vəkil Bürosunun vəkili Vəkil2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 yanvar 2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 11 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs borclunun icra məmurunun qanuni tələblərinə əməl etmədiyi və aliment məbləğlərinin müəyyən edilmiş vaxt ərzində ödənilmədiyi və bir il ərzində xətanın təkrar törədilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 11 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən inzibati cərimə məbləğini qanunla müəyyən edilmiş müddət ərzində ödənilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 11 yanvar 2024-cü il tarixli, MN ******* və MN ******* saylı protokollara Əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-237/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu barəsinə müxtəlif tarixlərdə inzibati xəta haqqinda protokol tərtib edilərək baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim edilmiş, birinci protol üzrə inzibati icraata xitam verilmiş, Səbail Rayon Məhkəməsinin müvafiq qərarı ilə ikinci protokol üzrə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmişdir. Elektron İcra Sistemindən əldə olunmuş məlumata əsasən borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmiş və icra sənədi “AG TD SERVİCE MMC”-yə təqdim edilməsi üçün borcluya təqdim edilsə də, borclu sənədi iş yerinə təqdim etmədiyi üçün icra sənədi üzrə tutulmalar aparılmamış, eyni zamanda borclu tərəfindən hər hansı ödəniş olunmamışdır. Borclu izahatında məhkəmə əmrindən xəbərdar olduğunu bildirmiş, borc məbləğini X1 9405 ABŞ dolları ödədiyi bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Hal-hazırda 8300 manat aliment təşkil edir. Səbail Rayon Məhkəməsinin 3(009)-1718/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmiş, lakin tələb könüllü şəkildə icra olunmamışdır. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borca aid hissədə vətəndaş artıq iki dəfə məhkəməyə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar şəxsin nümayəndəsi Vəkil2 Şəxs barəsində qətnamə 2020-ci ilin fevral ayında icrra şöbəsinə daxil olmuşdur. Bugünkü gündə həmin pul dövlət tərəfindən uşağın saxlanması üçün verilmiş maddi yardımdır. O, aliment şəklində deyil, pandemiyaya görə dövlətin dəstəyidir. Nyu-York Ailə Məhkəməsinin çıxardığı qərar ilə ananın dövlətdən maddi yardım adı ilə ödənilən məbləğ alinmetə aid olan məsələ deyil. Şəxsin belə mövqeyi alinmetin ödənilməsindən yayınmaqdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, eyni tarixdə həm Nyu-York Ailə Məhkəməsində, həm də Bakıda Səbail Rayon Məhkəməsində aliment üçün müraciət olunmuşdur. Bir müddət rəsmi iş icazəsi ilə X1 yaşamışlar. Orada həmin vaxt 2019-cu ilin oktyabr ayında aliment üçün müraciət etmişdir. 2021-ci ilin sentyabr ayına qədər ondan (maddi yardım kimi) pul tutulmuşdur. Pandemiya yardımına görə aylıq 600 dollar pul ödənilmişdir və aliment olduğuna görə aliment hissəsi həmin məbləğdən çıxılaraq onun bank hesabına köçürülmüşdür. Həyat yoldaşı ayrılıqda, uşaq isə ayrılıqda həmin məbləğdə maddi yardım alırdılar. 2021-ci ilin mart ayında Azərbaycana köçmüşdür. O, Azərbaycana gələndən sonra məlum olmuşdur ki, boşanma olmuşdur və məhkəmə qətnaməsi ona poçtla göndərilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil1 bildirmişdir ki, icra məmuruna böyük təzyiq olmuşdur və bunun nəticəsində icra məmuru işi məhkəməyə çıxarmışdır. Şəxs dolanışıq səbəbindən yoldaşını və balasını götürərək xarici dövlətə köçmüşdür. Xarici dövlətdə isə fərqi yoxdur aliment şəklində, ya uşağın saxlanması şəklində, ya maddi dəstək şəklində hər üç vətəndaşa maddi dəstək etmişdir. Aliment uşağın saxlanması üçün maddi dəstəkdir. Xarici dövlətin qərarları maddi dəstəkdir. Nyu-York Ailə Məhkəməsinə 2019-cu ilin oktyabr ayının 19-u müraciət olunmuşdur. Belə ki, həmin tarixdə ümumiyyətlə koronovirus infeksiyası mövcud deyildir. Həmçinin məhkəmənin adının Ailə Məhkəməsi olduğunu xatırladaraq bildirir ki, burada arvad ərə qarşı müraciət etmişdir. Şəxs bir sıra qəbzlərlə Nyu- Yorkda həmin ödənişləri etmişdir. Bir həftəyə 113 dollar ödəmişdir. Sonradan Şəxs Azərbaycana qayıtmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Zərərçəkmiş şəxs Şəxs 35.600 manat borcu olduğu müəyyən edilmişdir. 2023-cü ilin avqust ayında ona 500 manat cərimə tətbiq edilmişdir. Sonra cərimə iş yerinə, əmək haqqına yönəldilmişdir. Şəxs əməlində qərəz yoxdur. Yasamal Rayon Məhkəməsinin xanımın- Zərərçəkmiş şəxs Şəxsa olan borcunun alimentlə əvəzləşdirilməsi barədə bildirişini icra məmuruna təqdim etmişdir. 35 min manat Zərərçəkmiş şəxs İlkinə borcu vardır, İlkinin aliment borcu isə 8 min manat təşkil edir. Hazırda Şəxs işləmir, qazancı yoxdur. Buna görə də əvəzləşdirmə ilə məhkəməyə müraciət etmişdir. Protokolun etibarsız hesab edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 237/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-95/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Zərərçəkmiş şəxs 35.600 (otuz beş min altı yüz) manat pul vəsaiti tutularaq iddiaçı Şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-237/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-237/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il il tarixdə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir, mütəmadi ödənişlər etmiş və onun qalan aliment borcunun Zərərçəkmiş şəxs ona olan borcu ilə əvəzləşdirmə edilərək ödəniləcəyini öhdəsinə götürür. Qeyd olunanlar Şəxs hərəkətlərinin qərəzli olmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130, 528.1-1- və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar