Məhkəmə qərarları › İş №3(009)-1290/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1290/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1290/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki,o, xx xxxxx 2020-ci il tarixdə işlədiyi Azərbaycan Hava Yollrı QSC-nin əsas binasına sənəd apararkən, onu Bakı şəhəri Ü.Hacıbəyli küçəi ilə Bülbül küçələrinin kəsişməsində 39-cu Polis Bölməsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının pozması ilə əlaqədar saxlamışlar. Ona protokol tərtib edilərkən o, icazəsinin olduğunu, işlədiyi təşkilatdan ona arayış verildiyini və bu sənədləri polis əməkdaşlarına təqdim etməsinə baxmayaraq, polis əməkdaşları buna məhəl qoymayaraq ona inzibati xəta haqında protokol tərtib etmişlər. Sonra polis nəfəri ona bildirmişdir ki, o, səhvən protokol tərtib etmiş və ona protokola imza etməməyi təklif etmişdir, o, da öz nəvbəsində protokolu imzalamamışdır. Bir müddət sonra evində olduğu vaxt ona Səbail rayon İcra və probasiya şöbəsindən bildiriş gəlmişdir. Ancaq onun cərimə olunması barədə xəbəri olmamışdır. Göstərdiklərini nəzərə laraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 şikayətini müdafiə edərək barəsində Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə lazmı qaydada məlumat verilsə də Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri Ü.Hacıbəyli küçəi ilə Bülbül küçələrinin kəsişməsində SMS icazə sistemindən istifadə etməyərək yaşayış yerini tərtk etdiyi üçün karantin rejimi qaydalarını pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş icazə barədə məlumatdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü “X10 Aviaşirkəti” MMC-nin “SW Technics” filialının mühərriklər qrupunun rəisi vəzifəsində çalışan X3 xx.xx.2020-ci il tarixdən başlayaraq müddətsiz icazə (sərbəst hərəkət etməsinə dair) verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Hava Yolları QSC-nin birinci vitse prezidentinin xx.xx.2020-ci il tarixli, 11/1744 nömrəli (karantin müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının tələbi ilə təqdim edilməsi barədə) arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən xx.xx.1982-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası ərazisində karantin rejimi müddətində hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmuş və iş yerində olması xidməti zəruridir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X6 xx.xx.2020-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri Ü.Hacıbəyli küçəi ilə Bülbül küçələrinin kəsişməsində SMS icazə sistemindən istifadə etməyərək yaşayış yerini tərtk etdiyi üçün karantin rejimi qaydalarını pozduğuna görə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı tərəfindən saxlanılaraq barəsində İXM-nin 211-ci maddəsinin tələblərini pozduğu üçün xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında Tural Usubaliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə X4istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş edilmiş icazə barədə məlumata əsasən xx.xx.1982ci il təvəllüdlü “X10 Aviaşirkəti” MMC-nin “SW Technics” filialının mühərriklər qrupunun rəisi vəzifəsində çalışan X3 xx.xx.2020-ci il tarixdən başlayaraq müddətsiz icazə (sərbəst hərəkət etməsinə dair) verilməsinə, eləcə də Azərbaycan Hava Yolları QSC-nin birinci vitse prezidentinin xx.xx.2020-ci il tarixli, 11/1744 nömrəli (karantin müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının tələbi ilə təqdim edilməsi barədə) arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən xx.xx.1982-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası ərazisində karantin rejimi müddətində hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmamış və iş yerində olması xidməti zəruri olmasına baxmayaraq, onun barəsində əsassız olaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisitərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi X3 xidməti vəzifəsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası ərazisində hərəkət edə bilməsinə dair müddətsiz icazə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X5təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, X4 xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası ərazisində müddətsiz hərəkət etməsinə dair icazə verilməsinə baxmayaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi tərəfindən əsassız olaraq İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da, protokol tərtib etmiş şəxsin gəldiyi nəticə, yəni Tural Usubəliyevin müvafiq icazəsi olmadan yaşayış yerini tərk etməsi işin faktiki hallarına uyğun gəlməmişdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Tural Usubəliyevinşikayəti təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail RayonMəhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar