Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1291/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 02 aprel 2023-cü il tarixli DİN BDYPİ-nin İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında 12 aprel 2023-cü il tarixli TP ******* saylı qərarı tərtib olunmuşdur. Protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq, yolayrıcını keçmə qaydalarına etmədiyi üçün cərimə olunduğu qeyd edilmişdir. Barəsində yazılan protokol və qərar qanunsuz və əsassızdır. O, 02 aprel 2023-cü il tarixində Neftçilər prospekti ilə, idarə etdiyi "Mersedes" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edirdi. Azneft dairəsinə yaxınlaşarkən 4.3 nişanlanmasının tələbi ilə dairədə hərəkətdə olan avtomobillərə yol vermiş və dairəyə daxil olmuşdur. Qeyd edir ki, dairədə əlavə heç bir nişanlanma yox idi. Dairəvi hərəkətin 2-ci çıxışından çıxdıqdan sonra, dövlət yol polisi əməkdaşı X3 tərəfindən saxlanılmışdır. YPX inspektoru polis baş serjantı X1 (döş nişanı 1707) bildirmişdir ki, dairədə hərəkətdə olduğu üçün və dairədə əlavə heç bir nişanlanma olmadığına görə hərəkət üstünlüyünə malikdir, dairəyə daxil olan nəqliyyat vasitələri ona yol verməlidirlər. Lakin inspektor buna məhəl qoymayaraq, ona yol hərəkəti qaydalarını öyrənməyi tövsiyə etdi. Qeyd edir ki, hərəkətdə olduğu an avtomobildə olan videoqeydiyyat cihazı ilə çəkliş mövcuddur. Protokol barəsində 03 aprel 2023-cü il tarixində, DİN BDYPİ-nə şikayət etmişdir Şikayəti ilə bağlı ona 19 may 2023-cü il tarixində DİN BDYPİ-dən icraçı Orxan Əkbərov zəng etmiş və "səhv olduğunu” bildirərək rəsmi cavabı poçt vasitəsi ilə göndəriləcəyini demişdir. Lakin bu günə kimi ünvanına məktub gəlməmişdir. 16 iyun 2023-cü il tarixində özüm DİN BDYPİ-nin dəftərxanasından cavab məktubunu, uzun müraciət və telefon zənglərindən sonra isə 22 iyun 2023-cü il tarixində inzibati qərarı götürə bilmişdir. Elə həmin tarixdə, yəni 22 iyun 2023-cü il tarixində ona AsanPay-dən SMS vasitəsi ilə, 150.11-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin saxlanılması məqsədi ilə qərar qəbul edilməsi barədə bildiriş gəlmişdir. Nəticədə, avtomobili problemsiz idarə etmək üçün cərimə məbləğini dəbbə pulu ilə birlikdə cəmi 78.60 AZN-ni ödəməyə məcbur olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 02 aprel 2023-cü il tarixli DİN BDYPİ-nin İXP ******* saylı inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş 12 aprel 2023-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, və buna görə ödədiyi 78.60 AZN əbləğində pulun ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək bildirmişdir ki, 02 aprel 2023-cü il tarixində “Mercedes Benz E270 CDİ minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçilər prospekti ilə hərəkət etmiş, sonra Niyazi küçəsinə doğru hərəkətini davam etdirmişdir. Bu zaman YPX əməkdaşı ona yaxınlaşaraq barəsində İXP ******* saylı protokol tərtib etmişdir. Bildirmişdir ki, dairədə hərəkətdə olduğundan digər yol hərəkəti iştirakçıları onu gözləməlidirlər. Hesab edir ki, o, dairədə olduğundan sağ tərəfdən gələn avtomobilin üstünlüyü yoxdur. Orada əlavə nişanlanma- 1.13 nişanlanma tələbi qoyulmalı idi. Həmin vaxtı orada təmir olduğundan nişanlanma qoyulmamışdır. Bundan əlavə bildirmişdir ki, qərarı gec almışdır, ona görə avtomobili ilə sərbəst hərəkət etmək üçün cəriməni ödəməli olmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, həmin istiqamətdə dairədən çıxarkən sağ tərəfdən gələn avtomobillərin üstünlüyü vardır. Onlar dairəyə daxil olmur, düzünə hərəkət edirlər. Həmin istiqamət nizamlanmayan yol ayrıcı hesab olunur. X4 02 aprel 2023-cü il tarixində idarə etdiyi “Mercedes Benz E270 CDİ minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçilər prospekti ilə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq Niyazi küçəsinə doğru hərəkətini davam etdirdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətmişdir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 02 aprel 2023-cü il tarixində saat 17:55 radələrində idarə etdiyi “Mercedes Benz E270 CDİ minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Neftçilər prsopekti ünvanı ilə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 02 aprel 2023-cü il tarixində saat 17:55 radələrində idarə etdiyi “Mercedes Benz E270 CDİ minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Neftçilər prsopekti ünvanında hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 avtomobili Bakı şəhəri, Neftçilər prospekti ünvanı ilə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1291/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1291/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver