Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1297/2020 06.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyn, Cəlilabad rayonu, X.Məmmədov küçəsi, ev 46-də qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 17:45 radələrində Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən “Fairmont” otelində epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin qaydalarını pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X2 protokolu müdafiə edərək izahatında bildirdi ki, Səbail RPİ-nin əməkdaşları xx xxxx 2020-ci il tarixdə, saat 15:45 radələrində ünvan 2 ünvanında yerləşən “Fairmont” otelində karantin rejiminin pozulması ilə bağlı reyd keçirilən zaman orada olan vətəndaşlara oranı tərk etmələrini bildirmişlər. Şəxs yerləşdiyi otağa qalxaraq dəfələrlə qapını döymələrinə baxmayaraq o, qapını açmamışdır. Təxminən 2 saat sonra, yəni saat 17:45 radələrində vətəndaşın oteldən çıxıb getməsini aşkar etmişlər və ona yaxınlaşaraq polis idarəsinə dəvət etmişlər. Səbail RPİ-nin 9-cu PB-də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstəmişdir ki, həftəsonu “Fairmont” otelində olan endirimdən yararlanaraq 950 manat ödəyib iki otaq götürmüşdür. xx xxxx 2020-ci il tarixdə “Fairmont” otelinin hovuzunda istirahət edərkən otelin bağlandığını ona bildirmişlər. Hovuzdan çıxdıqdan sonra video çəkmiş, lakin polisləri görməmişdir. O liftə minəndə otelin dəhlizində polis əməkdaşlarını görmüşdür. Otağına qalxdıqdan sonra polis işçiləri 1513 nömrəli otağın qapısını döymüş, lakin o həmin vaxt sifariş verdiyi 1514 nömrəli otaqda olduğundan qapının döyüldüyünü eşitməmişdir. Daha sonra o otelin dəhlizinə düşmüş həmin vaxt polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, o, da əşyalarını otelin girişində qəbulda oturan işçilərinə verdikdən sonra post-patrul maşınına əyləşib polis idarəsinə getmişdir. Şəxs qeyd etmişdir ki, ona polis tərəfindən karantin qaydalarını pozduğuna görə polis maşınına əyləşərək polis idarəsinə getməsi təklif edilmiş, o, isə buna etiraz etməyərək sərbəst şəkildə maşınına əyləşərək polis idarəsinə gəlmiş, polisin qanuni tələbinə tabe olmuşdur. Bundan əlavə o, izahatında karantin qaydalarını pozmasını etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post patrul xidmətinin polis nəfəri X4 izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə “Fairmont” otelində karantin rejimi pozulması ilə bağlı məlumat daxil olmuşdur. O və digər polis işçiləri otelə gedərək hovuzda istirahət edən şəxslərə karantin rejimini pozduqlarına görə paltarlarını dəyişməyi və polis idarəsinə getməyi bildirilmiş, həmin şəxslər də paltarlarını dəyişdikdən sonra polis idarəsinə getmişlər. Şəxs isə həmin şəxslərin arasında görməmişdir. Təxminən 2-2, 5 saat sonra Şəxs sosial şəbəklərdə paylaşdığı video ilə əlaqədar məlum olmuşdur ki, Şəxs də “Fairmont” otelində istirahət edirmiş. O və digər əməkdaşlar onu axtarmış, onun otağının qapısını döymüş, lakin qapını açan olmamışdır. Sonradan Şəxs otelin dəhlizində görmüşlər və onu polis idarəsinə dəvət etmişlər. Şəxs əvvəl etiraz edərək səbəbini soruşmuş, sonra isə post-patrul maşınına əyləşərək idarəyə getmişdir. Şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, lakin idarəyə dəvət olunarkən narazılığını bildirmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post patrul xidmətinin polis nəfəri X6 eyni məzmunlu izahat verərək şahid X3 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir, İXM-nin 535.1-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Fairmont” otelində epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin qaydalarını pozmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 23.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən karantin rejiminin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında, ona polis tərəfindən karantin qaydalarını pozduğuna görə polis maşınına əyləşərək polis idarəsinə getməsi təklif edilmiş, o, isə heç bir tabesizlik göstərməyərək və buna etiraz etməyərək sərbəst şəkildə maşına əyləşərək polis idarəsinə gəlməsini bildirsə də, protokol tərtib etmiş şəxs tərəfindən Şəxs həmin izahatının əksi olaraq, polis əməkdaşlarına tabesizlik göstərməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını inandırıcı hesab edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun polis işçisilərinin hansı qanuni tələblərinə qəsdən tabe olmamağı göstərilməmişdir. Şəxs polis əməkdaşlarının dəvəti ilə polis idarəsinə getmişdir. Bu hal həm Şəxs, həm məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati həbs tətbiq edilməli, inzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, həmçinin Şəxsbarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 114, 115, 128.2.1, 130.1, 211 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Şəxsbarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1297/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1297/2020
06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver