Məhkəmə qərarları › İş №3(009)-1297/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1297/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1297/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24.04„2025-ci il tarixində, saat 13:10-da Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis kiçik serjantı FƏRƏCLİ ƏSGƏR NƏSİMİ oğlu tərəfindən etibarnamə əsasında idarə etdiyim **-XZ-*** dövlət nişanlı avtomobillə 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması əsası ilə barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində İXP7074141 nömrəli protokol tərtib olunmuş və onun əsasında TP ******* saylı qərar qəbul olunmuşdur. Həmin protokol(qərar) aşağıdakı səbəblərə görə ləğv edilməli və inzibati icraata xitam verilməlidir: Belə ki mən sözügedən avtomobillə Əhməd Cavad küçəsindən sola dönüb hərəkətimi əks istiqamətli olmayan istiqamətə - Lermontov küçəsinə daxil olub davam etdirmişəm. X3 Qanun və yol hərəkəti qaydaları ilə təsdiqlənmiş rəsmi tələbə əsasən əgər yolda “Giriş qadağandır” nişanı varsa və sürücü başqa alternativə yönəlməlidirsə, mütləq şəkildə ondan əvvəl “Məcburi hərəkət istiqaməti” nişanı olmalıdır. Həmin küçədə isə bu nişan düzgün yerləşdirilmədiyindən, həmçinin digər yol hərəkəti nişanı onun üzərini tutduğundan görsənmir və ona yalnız yaxından baxdıqda məlum olur ki, nişan da çaşdırıcıdır. Belə ki nişan da məcburi sağa əmr edir(4.1.2 yol nişanı) halbuki orada sağa dönmək üçün yer yoxdur. Yəni sağa dönmək fiziki olaraq mümkün deyil və bu nişan məcburi hərəkət istiqaməti barədə aydın məlumat vermir. Buradan aydın olur ki, həmin ərazidən-yolayrıcından keçən bütün sürücülər məcburi olaraq qayda pozuntusu edirlər(getdikləri istiqamətdən asılı olmayaraq) və bu çox təəssüf ki yol polisi tərəfindən qurulmuş bir tələdir, çünki səmimi və qanuna hörmət edən bir yol patrul əməkdaşı sürücünü əvvəlcədən xəbərdar etməyə çalışar, təhlükəni(qeyd edim ki, həmin ərazidə hər hansı təhlükədən söhbət gedə bilməz, çünki artıq qeyd etdiyim kimi həmin istiqamət əks istiqamətli deyil və yerdəki ox işarələri də düz istiqaməti göstərir) önləyər, nəinki sonradan cərimə ilə reaksiya verər. YPX-nin Müşayiət-Eskort bölüyünün funksiyası əsasən yol hərəkətinin nizamlanması, dövlət əhəmiyyətli müşayiətlərin həyata keçirilməsi və təhlükəsizlik təminatı ilə bağlıdır. Lakin əməkdaşın bu ərazidə nişanların qeyri-dəqiqliyi ilə tələ qurulmasına müdaxilə etməməsi, sadəcə cərimə yazmaq məqsədilə gözləməsi həm etik prinsiplərə, həm də bu bölmənin funksional təyinatına uyğun deyil. “Giriş qadağandır” nişanı bir yolda yalnız əks istiqamətə hərəkət edən nəqliyyat vasitələrinin qarşısını almaq məqsədilə qoyulmalıdır. Yəni, giriş qadağandır nişanı əks istiqamətə tətbiq olunursa, bu o deməkdir ki, həmin yolda yalnız tək(bir) istiqamətdə hərəkət etmək lazımdır. Ərazidəki avtomobillər də eyni istiqamətdə yolun ən sol zolağında dayanır. Qeyd olunan ərazi Google Maps, Waze kimi GPS naviqasiya sistemlərindeə əks istiqamətli olmayan hərəkət zonası kimi göstərilmir. Bu isə bir daha onu göstərir ki, deməli bu yol faktiki olaraq istifadəyə açıqdır, lakin nişanla qadağan edilmiş kimi təqdim olunur. Bu isə nişanların real vəziyyətlə uyğun gəlməməsi və sürücüləri çaşdırması deməkdir. Azərbaycan Respublikası X3 qanunun 61-ci maddəsinin X bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan müvafiq ərazidə yerləşən yollarda yol nişanları qurmaq qadağandır. Göstərilənlərə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Əhməd Cavad və Lermantov küçələrinin kəsişməsində yalnız sağda “baş yol” hərəkət zolağı var. Həmçinin məcburi sağa əmr edən 4.1.2 yol nişanı var. Halbuki sağa dönmək üçün yer yoxdur. Nişanlar düzgün quraşdırılmamışdır. Əks istiqaməti olmayan yola “Giriş qadağandır” işarəsi qoyulmuşdur. Həmin ərazidə yaşayış yeri var və işarə sürücüləri çaşdırır. Nişanlar düzgün istiqamət göstərmirlər. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək izahatında bildirmişdir ki, videogörüntülərdən qayda pozuntusu aydın şəkildə görünür. Həmçinin şəxs özü əməli etiraf edir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 13:10-da Bakı şəhəri, Səbail rayonu ərazisində “KİA Rio Cross minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 “KİA Rio Cross minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq hərəkət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 13:10-da Bakı şəhəri, Səbail rayonu ərazisində “KİA Rio Cross minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, X3 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. X3 Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. X3 Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili Bakı şəhəri, Səbail rayonu ərazisində “KİA Rio Cross minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuşdur. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar