Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1298/2020 10.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, ailəli, ali təhsilli, Zəngilan rayonunun Rəbənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN№0631796 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:11 radələrində Səbail rayonu, Ə.Cavad küçəsi, 16 ünvanında yerləşən “By lyaman” gözəllik salonunda Samirə Ağamaliyevaya məxsus “Samsunq A5” markalı mobil telefonun gizli yolla talamışdır. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə üz-qaşını düzəltmək üçün Ə.Cavad küçəsində yerləşən “By Lyaman” gözəllik salonuna daxil olmuş, orada öz növbəsini gözləmiş, sonra su almaq üçün yaxında mağaza olmasını soruşmuş, sumkasını götürərkən orada telefon olduğunu görmüş və gizli olaraq götürmüşdür. Bu hadisəni törətməkdə məqsədi xəstə olan anasına maddi köməklik göstərilməsi ilə bağlı olmuşdur. törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X3 öz ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə “By lyaman” gözəllik salonunda olarkən “samsunq” markalı telefonunu “zaryadkaya” qoymuş, sonra onu cəryandan ayıraraq stolun üzərinə qoymuş və salona daxil olan Pərvanə adlı qadın həmin telefonu oğurlamışdır. O 4 aydır ki, anasını itirmiş, həmin telefonda anasına aid xatirə şəkilləri var. Şəxs bağışlamır və onunla barışmır. O dəfələrlə əvvəllər də oğurluq hadisəsi törətmişdir, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. İş üzrə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı Bəhram Qasımzadənin xx.xx.2020ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və X1 məxsus, dəyəri 400-500 manat təşkil edən “Samsunq A5” markalı mobil telefonu gizli yolla talayan naməlum şəxsin müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsindən ötrü tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş qərar bölmənin aidiyyatı əməkdaşına həvalə edilmsi üçün təhqşiqatçı orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş üzrə Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru A.Cəfərovun tərtib etdiyi xx.xx.2020-ci il tarixli MNNo0126529 seriyalı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən Şəxs barədə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. “Elektron Məhkəmə” Portalından çıxarısan görünür ki, Şəxs əvvəllər də oğurluq hadisəsinə görə həm inzibati, həm cinayət məsuliyyətinə cəlb edilmişdir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, onun şəxsiyyətini - əvvəllər dəfələrlə oğurluq hadisəsinə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmasını və bundan nəticə çıxarmayaraq təkrar oğurluq əməlini törətməsini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən saat 20:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 1(bir) ay müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən sat 20:30-dan hesablansın. Təhqiqat orqanında saxlanılan “Samsunq A5” markalı mobil telefon zərərçəkmiş şəxs X2 qaytarılsın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1298/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1298/2020
10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver