Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-13/2022 15.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin MN ******* nömrəli 28 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X14 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin MN ******* nömrəli, 28 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06.01.2011-ci il tarixli qərarı ilə X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 28 oktyabr 2021-ci il inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-393/2022 saylı 17.02.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin işin baxılmağa hazırlanması zamanı qəbul etdiyi 06.12.2021-ci il tarixli qərardadı və 06.01.2011-ci il tarixli qərarı ləğv edilmişdir. X6 inzibati xəta haqqında iş üzrə buraxılmış müddətin bərpası ilə bağlı ərizəsinə baxılması üçün material Bakı şəhəri Səbai rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 3(009)-13/2022 saylı qərardadı ilə X6 inzibati xəta haqqında iş üzrə buraxılmış müddətin bərpası ilə bağlı ərizəsi təmin edilmiş və onun şikayəti icraata qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də sürücü vəzifəsində çalışan X15 tutduğu vəzifədən azad olunması barədə 01.09.2021-ci il tarixdə ərizə ilə "xxxx" MMC-nə müraciət etmişdir. X7 ərizəsinə əsaslanaraq, 03 sentyabr 2021-ci il tarixdə 111 saylı əmrə əsasən, işdən azad olunmuşdur. X2 "xxxx" MMC- dən narazı olduğunu bildirib, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Nəticədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən 24.09.2021-ci il tarixli **********2 saylı müraciətə dair, X10 aid olan sənədlərin təqdim edilməsini xahiş etmişdir. Tələb edilən sənədlər müfəttişliyə təqdim edilmişdir. "xxxx" MMC-i qida məhsullarının alqı-satqısı ilə məşğul olduğundan, məhsulun xarab olmamasını nəzərə alıb sabiq işçi X7 əmək qanunvericiliyinə müvafiq işdən çıxarılmasının 1 (bir) ay müddətini gözləyə bilmədiyi üçün, məcburiyyət qarşısında qalıb - 03.09.2021-ci il tarixdə X1 vəzifəsinə təyin etmişlər. Həmin faktla bağlı 27 oktyabr 2021-ci il tarixdə akt tərtib edilmişdir və həmin aktı "xxxx" MMC-də Mühasib vəzifəsində çalışan X19, kadrlar üzrə müfəttiş vəzifəsində çalışan X5 və Mexanik vəzifəsində çalışan X20 öz imzaları ilə təsdiq etmişlər. Lakin qeyd olunanlara baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 21 oktyabr 2021-ci il tarixdə ******* MH №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən 21 oktyabr 2021-ci il tarixdə **********1 saylı bildiriş tərtib edilir və həmin bildiriş "xxxx" MMC-nin ünvanına poçt vasitəsilə 01 noyabr 2021-ci il tarixdə çatdırılır. Həmin bildirişdə, sübutların təqdim olunması təklif olunur. Əgər müfəttişlik 21 oktyabr 2021-ci il tarixdə ******* MH №-li inzibati xəta haqqında protokol tərtib edirsə və həmin tarixdə də sübutların təqdim olunması barədə 21 oktyabr 2021-ci il tarixli **********1 saylı bildiriş göndərirsə və bildiriş poçt vasitəsilə yalnız 01 noyabr 2021-ci il tarixdə təqdim edilirsə onda onlar sübutları müfəttişliyə necə təqdim edə bilərdi. Digər sual müfəttişlik sübutun təqdim edilməsi barədə bildiriş göndərirsə və nəyə görə tərəfindən sübutların təqdim olunmasını gözləmədən protokol tərtib edib cərimələyir. Bundan başqa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 29 oktyabr 2021-ci il tarixli **********2 saylı müraciətinin 3-cü abzasında - tərəfindən X7 qanuna zidd olaraq 03.09.2021-ci il tarixli 111 saylı əmrə əsasən işdən azad olunmasını qeyd etmişdir. X15 işdən çıxması barədə özü ərizə ilə 01.09.2021-ci il tarixdə şəxsən müraciət etmişdir. Müfəttişlik tərəfindən göndərilən 21 oktyabr 2021-ci il tarixli **********1 №-li bildirişdə sübutları təqdim etməli olsalarda, lakin, bildiriş "xxxx" MMC-nin ünvanına 01 noyabr 2021-ci il tarixdə çatdırılmışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən Tərtib olunmuş 21 oktyabr 2021-ci il tarixli ******* MH №-li inzibati xəta haqqında protokol üzrə çıxarılmış 28 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MH ******* №-li qərar ləğv edilməlidir və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən, barəsində tərtib olunmuş 21 oktyabr 2021-ci il tarixli ******* MH nömrəli inzibati xəta haqqında protokol üzrə çıxarılmış inzibati tənbeh vermə haqqında 28 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X11 qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün barəsində inzibati xəta haqqında qərar şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 bidirdi ki, X15 tutduğu vəzifədən azad olunması barədə 01.09.2021-ci il tarixdə ərizə ilə "xxxx" MMC-nə müraciət etmiş, ərizədə işdən azad edilmə tarixinin göstərilməməsinə baxmayaraq, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 ay müddət gözlənilmədən işəgötürən tərəfindən onun əmək müqaviləsinə xitam verilmişdir. Bununla da X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. X21 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 21.10.2021-ci il tarixli protokoldan görünür ki, X21, vətəndaş X8 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsnin tələblərini pozulmuşdur. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 28.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X21, vətəndaş X8 əmək müqaviləsinə xitam verərək əmək qanunvericiliyinin tələblərini pozduğuna və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X7 01.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o, tutduğu vəzifədən azad olunması barədə "xxxx" MMC-yə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2021-ci il tarixli 111 saylı əmrdən çıxarışdan görünür ki, sürücü X15 03 sentyabr 2021-ci il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İş materiallarından göründüyü kimi vətəndaş X12 əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədən tutduğu vəzifədən azad olunması barədə 01.09.2021-ci il tarixdə ərizə ilə "xxxx" MMC-yə müraciət etmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddət – bir təqvim ayı başa çatmadan işçinin əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 28.10.2021-ci il tarixli, MN ******* saylı qərar tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6.-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, 21.10.2021-ci il tarixli inzibatı xəta haqqında protokol əsasında qəbul edilmiş 28 oktyabr 2021-ci il inzibati tənbeh vermə haqqında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3,12, 21, 128-130, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 28 oktyabr 2021-ci il inzibati tənbeh vermə haqqında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-13/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-13/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver