Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1300/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 katibliyiilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol üzrəinzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X2 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində idarə etdiyim «Volksvvagen Polo» sedan minik markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili 28 may küçəsində yerləşən «Happy market»in qarşısında avtomobillərin parklanması üçün nəzərdə tutulmuş yerdən hərəkət istiqamətinə yola arxaya hərəkət zamanı digər avtomobilin qəfildən avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı tərəfidən AR DİN-nin 102 qaynar xəttinə zəng olunmuş və hadisə yerinə Bakı şəhər DYPİ-nin əməkdaşı yaxınlaşmış, avtomobillərin xəsarət izlərinin olduğu hissələrin foto şəkilləri çəkilmiş, hadisə yerinin sxemi, sərxaşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinədən keçirilmiş, sərxoşluq halı olmadığı müəyyən edilmiş, sonradan hadisə ilə bağlı izahatlar alınmış və nəticə etibarı ilə YPX-nin baş inspektoru polis kapitanı X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta aşkar olunması səbəbi ilə «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək 40 (qırx) manat məbləğində cərimə ödənilməli olduğum əks olunmuşdur. Həmin protokola tərəfimdən 28 May küçəsində, yəni hadisənin baş verdiyi yerdə quraşdırılmış TŞ5-057 nömrəli video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə vəsatətlə müraciət edilmiş, lakin vəsatətin təmin edilməsi təmin edilməmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, idarə etdiyi avtomobillə toqquşmuş minik avtomobili dayanma və durma qaydalarını pozması faktı araşdırılmamış, əksinə güya ki, onun idarə etdiyi avtomobilin həmin avtomobillə toqquşması qənaətinə gəlinmiş, halbuki onun avtomobilində baş vermiş yol nəqliyyat hadisənin izləri tədqiq edilməmişdir. Qeyd olunanları nəzərə alıb, Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş şikayət vermiş şəxsin və şikayət olunan şəxsin iştirakı olmadan baxılmalıdır. Məhkəmə iş materiallarını araşdırıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünün inzibati xəta haqqında iş üzrə İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünə göndərilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 minik markalı, 90SL610 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X2 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünün inzibati xəta haqqında iş üzrə İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünün inzibati xəta haqqında iş üzrə İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərar ləğv edilsin və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1300/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1300/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver