Məhkəmə qərarları › İş №3(009)-1300/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1300/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1300/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 01 iyul 2021-ci il tarixli 00100-1108/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Böyük Britaniyada fəaliyyət göstərən “X1” şirkətinin tapşırığı ilə Litvada fəaliyyət göstərən “Elfanta” şirkətindən ********* nömrəli 04.04.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə göndərilən “AF 400” adlı köpük əleyhinə maddəni 4 may 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8764 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən alqısatqı sənədi olan ********** nömrəli 24.02.2021-ci il tarixli Purchase orderdə malın ümumi dəyəri 26039,34 GBP funt sterlinq olsa da, malların faktiki idxalı zamanı təqdim etdiyi ********* nömrəli ci il tarixli invoys sənədində malların 32 730,27 Gbp funt sterlinq məbləğində qeyd etməklə, bir malı gömrük orqanına müxtəlif qiymətdə bəyan edərək həmin mallar X2 sazişinə əsasən “Azəri-Çıraq” layihəsi çərçivəsində Azərbaycan Respublikasına imtiyazlı qaydada idxal edildiyinə və Sazişin tələblərinə görə gömrük ödənişlərindən azad hesab edildiyinə görə 04 may 2021 -ci il tarixdə rəsmiləşdirmənin aparılması üçün ayrılmış idxalatçının yerləşdiyi ərazi üzrə gömrük orqanının fəaliyyət zonasında-Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14-cü km ünvanda yerləşən inzibati binasında malların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilmişdir. Həmçinin həmin protokoldan müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Sahil gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “xxxx” MMC (VÖEN **********) ünvanında 04.05.2021-ci il tarixdə“xxxx” MMCnin ünvanına Litvadan Qırmızı körpü gömrük postundan keçməklə AK80994/A1361B4 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı Baş Gömrük İdarəsinin “Sahil” gömrük postuna daxil olmuş, **********8764 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “Köpük əleyhinə maddə” adlı yükün invoys dəyəri 32730.27GBP olduğu halda sifariş qaiməsində (Purchase order) malın dəyəri 26039.34 GBP qeyd edilmişdir İş materiallarında olan 04.05.2021-ci il tarixli **********8764 nömrəli gömrük bəyənnaməsindən görünür ki, “xxxx” MMC-nin (VÖEN **********) ünvanına Litvadan 13248,00 kq köpük əleyhinə maddə ölkə ərazisinə idxal edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 482.3-cü madədsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar