Məhkəmə qərarları › İş №3(009)-1301/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1301/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1301/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 11 iyun 2021-ci il tarixli 00100-1109/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Böyük Britaniyada fəaliyyət göstərən “X2” şirkətinin tapşırığı ilə Litvada fəaliyyət göstərən “Elfanta” şirkətindən 99NX186/99ZE188 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına idxal edilən malları 24 may 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********1992 sorğu nömrəli, **********2212 sorğu nömrəli və **********2395 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən təqdim etdiyi ********* nömrəli 26.04.2021-ci il tarixli invoys sənədində malları 41 206,73 Gbp funt sterlinq dəyərində qeyd edilsə də, ********** nömrəli 15.02.2021-ci il tarixli iki müxtəlif alqı-satqı sənədi olan Purchase orderlər təqdim etməklə, burada malları 35 097,30 Gbp funt sterlinq və 39 981,27 Gbp funt sterlinq dəyərində, ********* nömrəli 26.04.2021-ci il tarixli invoys sənədində malları 816,93 Gbp funt sterlinq dəyərində qeyd edilsə də, ********** nömrəli 01.04.2021 -ci il tarixli iki müxtəlif alqı-satqı sənədi olan Purchase orderlər təqdim etməklə, burada malları 478 funt sterlinq və 816,93 Gbp funt sterlinq dəyərində, ********* nömrəli 30.04.2021-ci il tarixli invoys sənədində malları 3866.92 Gbp funt sterlinq dəyərində qeyd edilsə də, ********** nömrəli 18.03.2021-ci il tarixli 3529,25 Gbp funt sterlinq və 3866,92 Gbp funt sterlinq dəyərində qeyd etməklə, bir malı gömrük orqanına müxtəlif qiymətdə bəyan edərək həmin mallar X3 sazişinə əsasən “Azəri-Çıraq” layihəsi çərçivəsində Azərbaycan Respublikasına imtiyazlı qaydada idxal edildiyinə və Sazişin tələblərinə görə gömrük ödənişlərindən azad hesab edildiyinə görə 24 may 2021-ci il tarixdə rəsmiləşdirmənin aparılması üçün ayrılmış idxalatçının yerləşdiyi ərazi üzrə gömrük orqanının fəaliyyət zonasında-Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14-cü km ünvanda yerləşən inzibati binasında malların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumat verilmişdir. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 24.05.2021-ci il tarixində hüquqi şəxs “xxxx ” MMC- nin (VÖEN **********) ünvanına Samur gömrük postundan keçməklə 99NX186/99ZE188 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı Baş Gömrük İdarəsinin “Sahil” gömrük postuna daxil olmuş, **********1992, **********2212, **********2395 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan malların invoys dəyərləri və təqdim olunmuş sifariş qaimələrində göstərilmiş dəyərlər arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bununla yanaşı qeyd edilir ki, invoys dəyəri və sifariş orderində göstərilmiş dəyərlər arasında mövcud fərqin aydınlaşdırılması məqsədi ilə şifahi sorğu əsasında xidməti elektron poçt ünvanına “xxxx” MMC broker firmasının nümayəndələri Elvin Hüseynov və Əli Bünyadov tərəfindən eyni nömrə və tarixli lakin məzmununda malların dəyəri fərqli bir neçə sifariş orderi təqdim olunmuşdur (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “Sahil” gömrük postunda 34/026/010344 nömrəli 19.04.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, 24.05.2021-ci il tarixində hüquqi şəxs “xxxx ” MMC-nin (VÖEN **********) ünvanına Samur gömrük postundan keçməklə 99NX186/99ZE188 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı Baş Gömrük İdarəsinin “Sahil” gömrük postuna daxil olmuş, **********1992, **********2212, **********2395 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan malların invoys dəyərləri və təqdim olunmuş sifariş qaimələrində göstərilmiş dəyərlər arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bununla yanaşı qeyd edilir ki, invoys dəyəri və sifariş orderində göstərilmiş dəyərlər arasında mövcud fərqin aydınlaşdırılması məqsədi ilə şifahi sorğu əsasında xidməti elektron poçt ünvanına “xxxx” MMC broker firmasının nümayəndələri Elvin Hüseynov və Əli Bünyadov tərəfindən eyni nömrə və tarixli lakin məzmununda malların dəyəri fərqli bir neçə sifariş orderi təqdim olunmuşdur. Araşdırma zamanı “Gömrük Tarifi haqqında” Qanunun müddəalarını rəhbər tutaraq sənədlərdə müxtəlif dəyərdə ifadə olunan malların gömrük orqanı tərəfindən dəyərinin müəyyən edilməsi üsulları tətbiq edilməklə qəbul edilən gömrük dəyəri, bu dəyər əsas götürüldükdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdikdə əlavə gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/014473 nömrəli 01.06.2021-ci il tarixli raportla sorğu verilmişdir. Sorğuya “Sahil” gömrük postundan verilən 34/026/015573 nömrəli 10.06.2021-ci il tarixli cavab raportuna əsasən “xxxx” MMC tərəfindən **********1992, **********2212 və **********2395 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan malların invoys dəyərləri və təqdim olunmuş sifariş qaimələrində göstərilmiş dəyərlər arasında olan uyğunsuzluq gömrük ödənişlərinə təsir etmir. Beləliklə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Böyük Britaniyada fəaliyyət göstərən “X2” şirkətinin tapşırığı ilə Litvada fəaliyyət göstərən “Elfanta” şirkətindən 99NX186/99ZE188 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına idxal edilən malları 24 may 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********1992 sorğu nömrəli, **********2212 sorğu nömrəli və **********2395 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən təqdim etdiyi ********* nömrəli 26.04.2021-ci il tarixli invoys sənədində malları 41 206,73 Gbp funt sterlinq dəyərində qeyd edilsə də, ********** nömrəli 15.02.2021-ci il tarixli iki müxtəlif alqı-satqı sənədi olan Purchase orderlər təqdim etməklə, burada malları 35 097,30 Gbp funt sterlinq və 39 981,27 Gbp funt sterlinq dəyərində, ********* nömrəli 26.04.2021-ci il tarixli invoys sənədində malları 816,93 Gbp funt sterlinq dəyərində qeyd edilsə də, ********** nömrəli 01.04.2021-ci il tarixli iki müxtəlif alqı-satqı sənədi olan Purchase orderlər təqdim etməklə, burada malları 478 funt sterlinq və 816,93 Gbp funt sterlinq dəyərində, ********* nömrəli 30.04.2021-ci il tarixli invoys sənədində malları 3866.92 Gbp funt sterlinq dəyərində qeyd edilsə də, ********** nömrəli 18.03.2021-ci il tarixli 3529,25 Gbp funt sterlinq və 3866,92 Gbp funt sterlinq dəyərində qeyd etməklə, bir malı gömrük orqanına müxtəlif qiymətdə bəyan edərək həmin mallar X3 sazişinə əsasən “Azəri-Çıraq” layihəsi çərçivəsində Azərbaycan Respublikasına imtiyazlı qaydada idxal edildiyinə və Sazişin tələblərinə görə gömrük ödənişlərindən azad hesab edildiyinə görə 24 may 2021-ci il tarixdə rəsmiləşdirmənin aparılması üçün ayrılmış idxalatçının yerləşdiyi ərazi üzrə gömrük orqanının fəaliyyət zonasında-Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14-cü km ünvanda yerləşən inzibati binasında malların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin etibarnamə ilə nümayəndəsi X1 izahatından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (VÖEN **********) 24 may 2021-ci il tarixdə **********1992, **********2212 və **********2395 nömrəli Gb ilə bəyan edilən malların invoys dəyəri ilə sifariş qaimələrində müxtəlif qiymətlər ifadə olunmuşdur. Bu qiymətlərin fərqli olmasının səbəbi hazırlıq mərhələsində işçilərin yanlış olması ilə əlaqədardır. Hər iki halda, gömrük ödənişlərinin məbləği dəyişmir. Ona görə ki, bu mallar imtiyaz əsasında son istifadə xüsusi gömrük prosedurunda yerləşdirilmək məqsədi ilə bəyan edilmişdir. Gömrük qaydalarının pozulduğunu etiraf edirlər. Cəriməni ödəməyə hazırdırlar. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış “xxxx” MMC-nin nümayəndəsinin izahatı ilə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar