Məhkəmə qərarları › İş №3(009)-1302/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1302/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1302/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 14 iyun 2021-ci il tarixli 00100-0859/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından gələn Sumqayıt şəhəri məh 9. ev 11, mənzil 4 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 99XL808/10ZX808 nömrəli avtomaşın, ATA**********311 saylı 15.04.2021 -ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********6884 sorğu nömrəli 24.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük oəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** saylı kod altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, -əmin İdarədən 2200-15/002-25/002152 saylı 29.04.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən ATA**********311 saylı '5.04.2021-ci il tarixli invoys üzrə idxal olunan mallar “160cm 120 gr/M2 fitillik elyaf” adlı qara rəngli, polietilentereftalat (CAS 25038-59-9) əsaslı, hopdurulmamış, örtüksüz təkrarlanmamış, sırınmamış keçə XİF MN-ə ********** alt yarımmövqeyində 15 % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********6884 sorğu nömrəli 24.04.2021-ci il tarixli gömrük bəyannaməsiylə bəyan ********** saylı kod altında “160cm 120 gr/M2 fitillik elyaf” adlı cara rəngli, polietilentereftalat (CAS 25038-59-9) əsaslı, hopdurulmamış, örtüksüz təkrarlanmamış, sırınmamış keçə adlı mallar 15 % gömrük rüsumu dərəcəsi ilə sinifləşdirildiyi təqdirdə “Şəxs ”MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 2573.56 azn, ƏDV üzrə 463.25 azn təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Bakı Baş Gömrük idarəsinin rəisi Kənan Məmmədovun 00100/1792 nömrəli 02.09.2020-ci il tarixli “inzibati xəta haqqında işin icraatıan xitam verilməsi haqqında” qərar ilə əvvəllər törətmiş olduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı ilk dəfə törətdiyindən və vurduğu ziyanı aradan qaldırdığından həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilmiş, qanunla inzibati xəta törətməmiş şəxs hesab edilmək üçün müəyyən edilən 1 il müddət keçmədən, yenidən Azərbaycan Respublikasına idxal etdiyi, Türkiyə Respublikasında fəaliyyət göstərən “X6 ve X7” şirkətindən ATA **********0311 nömrəli 15.04.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə 99XL808/10ZX808 nömrə nişanlı yük avtomobilinə yüklənilmiş vəziyyətdə göndərilən 3072 kq çəkidə “160cm 120gr/m2 Fitillik Elyaf’ adlı hazır məhsul olan keçə yükünü 24 aprel 2021 -ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********6884 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edərkən malların təsvirini bəyannamənin 31-ci qrafasında faktiki mala uyğun olaraq qeyd etməklə, malları düzgün bəyan etsə də, XİF MN üzrə 5602 29 000 0 alt yarım mövqeyində sinifləşdirilməli olan qeyd edilmiş malları XİF MN üzrə 5503 20 000 0 alt yarım mövqeyində sinifləşdirilməklə ödənilməli olan 3675 manat idxal rüsumu, 1983,23 manat X5 ibarət olmaqla ümumilikdə az miqdarda, 5658,23 manat gömrük dənişlərinin ödənilməsindən hərəkətlə yayınmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekpertizasının 27 may 2021-ci il tarixli 9/2926 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş eni 160 sm olan, polietilentereftalat əsaslı, hopdurulmamış, örtüksüz təkrarlanmamış, sırınmamış qara rəngli keçə materialın 22.04.2021-ci il tarixə 1 metrinin orta bazar qiyməti təxminən 2,5 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 5658,23 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatına görə çəkilən 100 manat hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 5658, 23 (beş min altı yüz əlli səkkiz manat iyirmi üç qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi məbləğdə, yəni 3961 (üç min doqquz yüz altmış bir) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar