Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1303/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 21 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 21 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 3(009)-1303/2021 saylı qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 21 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 3(009)-1303/2021 saylı qərarından Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2073/2021 saylı, 09.09.2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 3(009)- 1303/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandılrmışdır ki, Bakı şəhər DYPİ haqqında İXP ******* nömrəli qanunsuz protokol tərtib etmişdir. Bildirir ki, avtomobilini tam olaraq cızıqlardan, zədələrdən qorumaq məqsədi ile tam olaraq nazik şəffaf, rəngsiz ploynka ilə haşiyələmişdir, şüşələr müqayisədə hər iki üzdən zədələnə bilər deyə hər iki üzdən haşiyələnmişdir. Protokolu tətbiq edən inspektor yalnız vizual görüntüyə əsaslanaraq, heç bir texniki vasitədən istifadə etməmiş şüşələrin şəffaflığının pozulması haqqında qanunazidd, tələsik qərar çıxarmışdır. O, onlardan şüşələrin şəffaflığını pozulmasını müəyyən edən texniki vasitə və bu vasitənin metrologi göstəriciləri haqqda tələb irəli sürsə də, bu tələb onlara sərf etmədiyi üçün şəxsi telefonla foto etməklə qanunsuz əməllərinə qanuni don geyindirməyə çalışmışlar. Bu azmış kimi yuxarı DYPİ müraciət etsə də, yenə heç bir sübut teqdim etməməklə qərəzli şəkildə tərəf tutaraq qanunsuz protokolu qüvvədə saxlamağa cəhd etmişlər. Odur ki, pozulmuş hüquqlarının bərpa olunmasını ve Bakı şəhəri DYPİ-nin TP ******* saylı 21 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, barəmdə tərtib edilmiş qərar qanunsuz və əsasızdır. Bakı şəhər DYPİ-nin TP ******* saylı 21 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinə qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 21 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nin X6 Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 10 aprel 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:35-də Bakı şəhəri, Neftçilər prospekti 2 ərazisində “Range Rover minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 tərəfindən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin Polis mayoru X1 TP ******* saylı 21 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 10 aprel 2021-ci il tarixdə saat 14:35-də Bakı şəhəri Neftçilər prospekti 2 ərazisində “Range Rover minik” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X5 barəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, mübahisələndirilən qərara qəbul edilərkən texniki vasitədən istifadə etməklə şüşələrin şəffaflığının, işiq keçirmə faizini ölçülməsi, həmin göstəricilərin qanunu pozubpozmaması müəyyən edilməmiş, bununla da qanunazidd olub-olmaması yoxlanılmamışdır. Göstərilən səbəbdən də, mübahisələndirilən qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslı şəkildə qəbul olunduğunu müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 21 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. İXM-nin 327.1-ci maddəsinə əsasən 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görəyüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 21 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 21 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya bir Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1303/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1303/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver