Məhkəmə qərarları › İş №3(009)-1308/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1308/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1308/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Səbuhi Əhmədovun, zərərçəkmiş şəxs (tələbkar) X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4521/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 29 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1699/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 1500 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs barəsində xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və Səbail rayon Polis idarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda Şəxs barəsində xx.xx.2020-ci il tarixdə 201417/20 nömrəli axtarış işinin açıldığı göstərilmişdir. Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə birlikdə borclu Şəxs Səbail rayon icra şöbəsinə təhvil vermişdir. İcra sənədinin icrası ilə bağlı borclu xx.xx.2021-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında məhkəmə qərarından xəbərinin olmadığı, işsiz olduğundan borcu tam şəkildə ödəyə bilmədiyini, ayda 50 manat ödəyə biləcəyini və qara ciyər serrozuna qarşı müalicə olunduğuna görə pulu ödəyə bilmədiyini qeyd etmişdir. Bundan sonra borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati xəta haqqmda protokol tərtib eilərək məhkəməyə təqdim olunmuşdur. Məhkəmə prosessi zamanı borclu 150 manat tələbkara ödəniş etmiş və inzibati xəta tərkibi olmadığı üçün hakim xitam qərarı qəbul etmişdir. Borclu Şəxs yenidən icra sənədinin icrasından yayınmış onun barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis idarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda Şəxs barəsində xx.xx.2022-ci il tarixdə 20632/21 nömrəli axtarış işinin açıldığı göstərilmişdir. Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə birlikdə borclu Şəxs Səbail rayon icra şöbəsinə şəkildə ödəyə bilmədiyini, anasının təqaüdündən ayda 100 manat ödəyə biləcəyini təhvil vermişdir. Ondan icra sənədinin icrası ilə bağlı izahatı alınmış, o verdiyi izahatında məhkəmə qərarından xəbərinin olmadığı, işsiz olduğundan borcu tam qeyd etmişdir. Bundan sonra borclu icra sənədindəki tələbi icra etmədiyindən, eyni zamanda icra məmurunun çağırışlarına məhəl qoymadığına görə, borclu barəsində xx.xx.2024- cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu barəsində axtarış işi açılmış xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Ondan icra sənədinin icrası ilə bağlı izahatı alınmış, o verdiyi izahatında icra məmurunun çağırışından yayınmağının və noyabr 2023-cü ildən bu günədək ödəniş etməməyinin səbəbini xəstəliyi ilə əlaqədar olduğunu qeyd etmiş və borc məbləğini hal-hazırda tam şəkildə yox yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Səbuhi Əhmədov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, borcunu hissə hissə ödəyəcək, bunun nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X2 borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş materialına əlavə olunan ərizədən görünür ki, Şəxs tələbkara borcun hissə-hissə ödənilməsini öz öhdəsinə götürdüyünü və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar