Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1309/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi X1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından “xxxx” MMC-nin direktoru X6 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : “xxxx” MMC-nin direktoru X6 Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 18 may 2021-ci il tarixli qərarın xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2019-cu il tarixli 318 nömrəli X5 ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə 31.03.2021-ci ildə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığına görə xitam verilmişdir. F.Gülverdiyev nə əmək münasibətlərinin qüvvədə olduğu dövrdə, nə də əmək kitabçasını təhvil alarkən "xxxx" MMC-yə qarşı narazılığını və ya hər-hansısa bir ödənişlə bağlı iradını bildirməmişdir. Bir müddət sonra, F.X7 Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə barəsində verilmiş əmrdən, məzuniyyət günlərinin düzgün hesablanmamasından şikayət etmişdir. DƏMX Bakı şəhər İdarəsində əməkdaşları tərəfindən keçirilən araşdırma zamanı, məzuniyyət günlərinin hesablanmasında heç bir səhvə yol verilmədiyi müəyyən edilmişdir. Buna baxmayaraq, 18 may 2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə DƏMX Bakı şəhəri İdarəsi müqaviləyə xitam tarixi səhv olduğu üçün İXM-nin 192.6-cı maddəsinə əsasən şirkətin direktorunu 1500 manat məbləğində cərimələmişlər. Bu qərarı əsassız hesab edir. Belə ki, 12.09.2019-cu ildə F.Gülverdiyevlə 3 aylıq əmək müqaviləsi bağlanmışdır. Texniki səhv nəticəsində bağlanan müqavilənin bitmə tarixi 31.12.2019-cu il göstərilmişdir. Beləliklə, müqavilənin müddəti 3 ay yox, 3 ay 12 gün olmuşdur. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadıldıqda bu 12 gün nəzərə alınmamış, ona görə də müqaviləyə xitam verilərək xitamın tarixi 12.04.2021-ci il əvəzinə, səhvən 12 gün tez, yəni 31.03.2021-ci il göstərilmişdir. Bunu nəzərə alaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilməsini xahiş edir. Həmçinin qeyd edir ki, 17 may 2021-ci ildə F.Gülverdiyev ofisə dəvət edilmiş, məsələnin texniki səhv nəticəsində baş verdiyi izah edilmiş və tutduğu vəzifəyə geri dönməsi təklif olunmuşdur. Lakin o, başqa işə təklif aldığını bildirərək şirkətə işə qayıtmaqdan imtina etmişdir. Buna görə də, 17 may 2021-ci il tarixli əmrlə 31 mart 2021-ci il tarixli Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 hissəsinə bəndinə əsasən F.Gülverdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilərək işçinin ərizəsini nəzərə alaraq ötürülən iş günləri üçün əmək haqqı ödəməklə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsi 2-ci hissəsinin a) bəndinə əsasən 17 may 2021-ci ildə xitam verilmişdir. Bundan əlavə F.Gülverdiyev elə həmin gün X9 Xidməti Bakı şəhər İdarəsinə "xxxx" MMC-yə qarşı heç bir şikayət və iddiasmm olmaması barədə ərizə təqdim etmişdir. Texniki səhvlə inzibati xətanı bir tutmaq olmaz. Odur ki, yazılanlar, işçi ilə razılaşmanı və həmçinin işçinin DƏMX Bakı şəhər idarəsinə ünvanladığı şikayətindən imtinasını nəzərə alaraq X9 Xidməti Bakı şəhər İdarəsinin 18 may 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X14 şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 18 may 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki X3 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, “xxxx” MMC-nin direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında 412/21 saylı 31 mart 2021-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, satış təmsilçisi vəzifəsində işləyən X5 ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə 31.03.2021-ci ildə əmək müqaviləsinin müddətinin qurtardığına görə xitam verilmişdir. İnzibati xəta haqqında protokoldan və qərardan görünür ki, inzibati xətaya dair materiallara barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan baxılmış, onun izahatı alınmamışdır. Onun göstərdiyi dəlillər, o cümlədən şikayətçi F.X7 Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə "xxxx" MMC-yə qarşı heç bir şikayət və iddiasmm olmaması barədə ərizəsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, işçi ilə bağlanmış əmək müqaviləsində istər işçi, istərsə işə götürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1309/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1309/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver