Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1309/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair 17 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmiş 17 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “OİL STEİTS İNDASTRİZ (UK) LİMİTED ” Şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, “OİL STEİTS İNDASTRİZ (UK) LİMİTED ” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “OİL STEİST İNDASTRİZ (UK) LİMİTED ” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 17 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Bakı şəhəri 2022-ci ilin (aylıq) 12-istehsal (sənaye) (malların istehsalı və təqdim edilməsi və xidmətlərin göstərilməsi ) hesabatı iyul ayı üzrə avqust ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməmişdir. Bununla da, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər Statistika İdarəsi tərəfindən "OİL STEİTS İNDASTRİZ (UK) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındakı filialın rəhbərliyinə ünvanlanmış 17 avqust 2022-ci il tarixli, 392 nömrəli məktubun surətindən görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 28 yanvar tarixli 09/14 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək normativ hüquqi akt statusu almış (aylıq) 12-istehsal (sənaye) (malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) rəsmi statistika hesabatı 2022ci ilin iyul ayı üzrə avqust ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilmədiyi nəzərə alınaraq, 17 avqust 2022-ci il tarixində saat 10.00-da Bakı Şəhər Statistika idarəsinə dəvət olunmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki,”OİL STEİTS İNDASTRİZ (UK) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Bakı şəhəri 2022-ci ilin (aylıq) 12-istehsal (sənaye) (malların istehsalı və təqdim edilməsi və xidmətlərin göstərilməsi) hesabatı iyul ayı üzrə avqust ayının 5-ci iş günü təqdim edilməmişdir. Bununla da, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı AR İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən ölkə ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün 'azım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin AR-dakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 389-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı AR İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1309/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1309/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver