Məhkəmə qərarları › İş №3(009)-1312/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1312/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1312/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Nəsibov Rəşad Eldar oğlunun katibliyi ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, öhdəsində bir uşağı olan, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 29, mənzil 54-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu PB-si tərəfindən tərtib edilmiş 17.06.2021-ci il tarixli MN№1101971 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs 17.06.2021-ci il tarixdə saat 16:05 radələrində Bakı şəhəri, Səbail rayonu, 9-cu Polis Bölməsinə gətirildiyində özünü aqressiv aparmış, polisləri iradına məhəl qoymayaraq əməllərini davam edib ucadan söyüşlər söymüşdür. Bununla əlaqədar Səbail rayon Pİ-nin 9-cu PB-nin sahə inspektoru Rəşad Rzazadə tərəfindən Şəxs barəsində AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutumuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 9-cu Polis Bölməsinə xırda xuliqanlıqla iki nəfər şəxsi gətirmişlər. Onlardan birinin adı Dmitriy, digərinin adı Fərid olmuşdur. Yaxın dostu ondan xahiş etmşdir ki, o qanunları yaxşı bilir və köməklik etmək lazımdır, uşaqları barışdırmaq və polisdən çıxarmaq lazımdır. Bu işləri görmək üçün dostu ona pul vermişdir. O bölməyə gəlmiş, ilkin olaraq tərəflər barışıq etdiyini bildirsə də, sonra Dmitriy barışmadığını demiş, o isə dostuna pulu qaytararaq bildirmişdir ki, bu iş onluq deyil. Bundan sonra bölmədən çıxıb getmişdir. Sonra dostu ondan şikayət etdiyi üçün polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilmiş, üzərində olan bütün əşyaları götürmüşlər, asma xəstəsi olduğu üçün dərmanı götürmək üçün növbətçi hissənin otağına daxil olmuş və orada sənədlərin arasında dərmanını axtarmış, polislər onu otaqdan çıxarmışlar. Sonra isə digər otaqda olarkən nəlayiq ifadələr işlətmiş, lakin bu ifadələri o, özünə qarşı işlətmişdir. Birinci dəfə xəstəliyi ilə bağlı, ikinci dəfə özündə olmadığı üçün bu hərkətləri etmişdir. Öhdəsində 4 yaşlı uşağı var. Özü asma xəstəsidir və ürəyində taxikardiya var. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək və videodiskə baxış keçirərək hesab edir ki, Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. İş üzrə Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş MN1101971 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi faktı tam təsdiq olunur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni AR İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati qaydada 17.06.2021-ci il tarixdə tutulduğundan, həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 17.06.2021-ci il tarixdən saat 16:05-dən hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar