Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1313/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə protokola etiraz təqdim edərək bildirmişdir ki, həmin protokolla "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan xətanın törədilməsində təqsirli bilinmişdir. Lakin hesab edir ki, inzibati orqan tərəfindən müvafiq protokolun tərtib olunması eləcə də yoxlamanın aparılması qanunsuz olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş hüquqi şəxsin hüquqlarını pozmaqdadır və buna görə də etibarsız sayılaraq ləğv edilməlidir. İş materiallarından da aydın olduğu kimi, yoxlamanı aparmış şəxs bir sıra qanun pozuntularına yol vermişdir. İlk öncə belə yoxlamaların aparılmasının müvafiq qanunvericiliyə əsasən dayandırılması, yoxlayıcı tərəfindən yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması və bu baradə çıxarışın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməməsi, həmçinin müvafiq yoxlamanın aparılması barədə inzibati orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən aidiyyatı üzrə qərarın qəbul edilməməsi və eləcə də belə qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməməsi kimi əhəmiyyətli maddi və prosessual qanun pozuntuları, həmçinin yoxlamanın aparılmasında istifadə edilən üsulların və texniki cihazların tələblərə uyğun olmasının şübhə doğurması kimi məqamların aydınlaşdırılması və qiymətləndirilməsi vacibdir.
1. Belə yoxlamanın aparılması hazırda qüvvədə olan qanunvericiliyə əsasən dayandırılmışdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. Həmin qanunun 2.1-ci maddəsinə əsasən qeyd olunan müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağmədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Maddənin tələbindən də göründüyü kimi, xx.xx.2024-cü il tarixinədək sahibkarlıq subyektləri barəsində ətraf mühit atılan, axıdılan və ya dırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin, eləcə də atmosfer havasının mühafizəsi sahəsində yoxlamaların aparılması nəzərdə aparılması dayandırılmış yoxlamalara aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 3-cü hissəsinin tələbinə əsasən dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Belə olan halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qeyd olunan qanunun tələblərinin pozulması yolu ilə aparılan yoxlamanın və qanunsuz olaraq əldə olunmuş sübutların heç bir hüquqi əhəmiyyətindən söz gedə bilməz.
2. Müvafiq yoxlamanın həyata keçirilməsi haqqında yoxlamanı aparan inzibati orqan tərəfindən heç bir qərar qəbul edilməmiş və xx.xx.2023-cü il tarixində tərtib olunmuş, iş materiallarına əlavə edilmiş monitorinq aktında da qeyd edildiyi kimi, kim tərəfindən verildiyi məlum olmayan şifahi tapşırıq əsasında həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, hətta hazırda belə yoxlamaların aparılması mümkün olsa idi belə, xx.xx.2013-cü il tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 3.2ci maddəsinə əsasən bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının ve onlara uyğun qabul olunmuş diger normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda homin qanunun 20.1-ci maddəsinə osasən yoxlama başlamazdan əvvəl yoxlayıcı onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı taqdim etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək vəzifəsini daşıyır. Bu vəzifələrin yerinə yetirilməməsi müvafiq qanunun tələblərinin əhəmiyyətli dərəcədə pozulması kimi qəbul edilməli və yoxlama nəticəsində maddi və prosessual normaların tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə tərtib edilmiş müvafiq protokol qanunsuz hesab edilməlidir.
3. Yoxlama səlahiyyətli olmayan şəxs tərəfindən aparılmışdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 17.4-cü maddəsinə əsasən yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır. Nəzərə alsaq ki, yoxlamanın aparılması barədə qərar mövcud deyil və barəsində yoxlama aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməmişdir, belə olan halda qeyd olunan maddəyə əsasən yoxlama həm də belə hərəkətləri etmək səlahiyyəti olmayan şəxs tərəfindən aparıldığı üçün yoxlama nəticəsində tərtib olunmuş inzibati xəta haqqında protokol da qanunsuz hesab edilməli və ləğv olunmalıdır.
4. Yoxlamanın aparılmasında istifadə edilmiş texniki cihazın işlək vəziyyətdə olub-olmaması, ən son nə vaxt texniki baxışdan keçdiyi və ya təmizləndiyi, həmçinin yoxlamanın aparılmasının texniki üsulları barədə yoxlamanı aparan şəxs tərəfindən barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin nümayəndəsinə yazılı və ya şifahi məlumat verilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, yoxlamanı həyata keçirən şəxs barəsində yoxlama aparılan hüquqi şəxsin nümayəndəsinə yoxlamanın aparılması qaydaları və üsulları, eləcə də yoxlama zamanı istifadə edilmiş texniki cihazın xüsusiyyətləri və istifadə qaydaları haqqında məlumat vermədiyindən, hazırda yoxlamanın texniki baxımdan düzgün aparılması şübhə doğurur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli monitorinq aktında qeyd edildiyi kimi, cihaz açıq hava şəraitində, restoranın qaz-toz tutucu qurğusundan 2 metr məsafədə quraşdırılmışdır. Belə olan halda hesab edir ki, ətrafdakı digər ictimai iaşə obyektlərinin tüstülərinin, hətta havanın çirklilik dərəcəsinin cihazın göstəricisinə əhəmiyyətli təsir göstərməsi mümkündür. Bundan əlavə cihazın sonuncu dəfə hansı tarixdə texniki baxışdan keçirilməsi, təmizlənməsi ilə bağlı məlumatlı olmadığımızdan və bu barədə heç bir sənəd təqdim edilmədiyindən cihazın işlək vəziyyəti ilə bağlı xüsusatların da araşdırılmasına zərurət vardır.
5. "xxxx" MMC barəsində tərtib olunmuş MN1762771 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda düzgün normaya istinad edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati 234-cü maddəsində sırf atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulması barədə müddəa əksini tapsa da, yoxlamanı həyata keçirən şəxs tərəfindən normanın tələbi düzgün təfsir edilməyərək, adı çəkilən məcəllənin 233.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, 233.1-ci maddə ilə ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin yoxlama predmeti sırf atmosferə buraxılan tüstünün tərkibində olan zərərli qazlar olduğundan, yəni bu halın ətraf mühit anlayışından fərqli qaydada xüsusi olaraq tənzimləndiyindən hesab edir ki, inzibati xəta haqqında protokolda düzgün normaya istinad edilmədiyindən qanunvericiliyin tələbinə uyğun olaraq həmin protokol ləğv edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş MN1762771 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İşdə olan 21 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Burc-Qala” restoranının fəaliyyəti zamanı təmizləyici qurğudan çıxan tüstüdə zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olmasına görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Belə ki, iş materillarına əlavə edilmiş 27 may 2023-cü il tarixli, 000620 saylı Monitorinq Aktından görünür ki, 27 may 2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Burc-Qala” ictimaiiaşə obyektində monitorinq keçirilmişdir. Monitorinq zamanı iaşə obyektinin tüstü bacasına atmosfer havasına atılan ərərli qaz qarışıqlarının qarşısının alınması məqsədilə qaz-toz tutucu qurğu quraşdıeıldığı müəyyən olunmuşdur. İaşə obyektinin nümayəndəsi Mahir Səmədovla birgə qaz-toz tutucu qurğusunun 2 metr məsafəsindən monitorinq-ölçmə işləri aparılmış, ölçmə işləri sabit hava şəraitində “”Ankat 64M3-04 səyyar cihazı vasitəsilə aparılmış, Ölçmə nəticəsində dəm qazı CO-5,4 mq/m3 təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən olunmuşdur. İş materillarına əlavə edilmiş 06 iyun 2023-cü il tarixli, 79866 saylı Aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Burc-Qala” restoranının ətrafında tüstü, iy-qoxu müşahidə edilməsi ilə bağlı X5 Monitorinq İdarəsi tərəfindən "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə ölçmə analiz işləri aparılmış, aparılan ölçmə işləri zamanı atmosferə atılan tullantıların miqdarı yol verilən hədd normasından artıq olduğu müəyyən edilərək bununla bağlı xx.xx.2023-cü il tarixli, 000620 nömrəli Monitorinq Aktı tərtib edilmişdir. Araşdırma zamanı X4 aktına imza edərək ölçmə işlərinin nəticələri ilə tanış edilmiş və atmosferə atılan tullantıların normadan artıq olması izah edilmişdir. Mahir Səmədova “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun tələblərinin pozulduğu izah edilərək Akt və MMC barəsində protokol tərtib olunacağı barədə məlumat verilmiş, o isə öz növbəsində Akta imza etməkdən imtina etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, 27 may 2023-cü il tarixli, 000620 saylı Monitorinq Aktından görünür ki, 27 may 2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Burc-Qala” ictimai-iaşə obyektində monitorinq keçirilmişdir. Monitorinq zamanı iaşə obyektinin tüstü bacasına atmosfer havasına atılan zərərli qaz qarışıqlarının qarşısının alınması məqsədilə qaz-toz tutucu qurğu quraşdırıldığı müəyyən olunmuşdur. İaşə obyektinin nümayəndəsi Mahir Səmədovla birgə qaz-toz tutucu qurğusunun 2 metr məsafəsindən monitorinq-ölçmə işləri aparılmış, ölçmə işləri sabit hava şəraitində “”Ankat 64M3-04 səyyar cihazı vasitəsilə aparılmışdır. Ölçmə nəticəsində dəm qazı CO- 5,4 mq/m3 (norma 5,0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən olunmuşdur. Sonradan ünvan 1 ünvanında yerləşən “Burc-Qala” restoranının ətrafında tüstü, iy-qoxu müşahidə edilməsi ilə bağlı X5 Monitorinq İdarəsi tərəfindən "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə ölçmə analiz işləri aparılmış, aparılan ölçmə işləri zamanı atmosferə atılan tullantıların miqdarı yol verilən hədd normasından artıq olduğu müəyyən edilərək bununla bağlı xx.xx.2023-cü il tarixli, 000620 nömrəli Monitorinq Aktı tərtib edilmişdir. Araşdırma zamanı Mahir Səmədov ölçmə işlərinin nəticələri ilə tanış edilmiş və atmosferə atılan tullantıların normadan artıq olması izah edilmişdir. Həmçinin "xxxx" MMC barəsində inzibati protokolun tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən həmin nöqsanların tam olaraq aradan qaldırılması ilə bağlı tədbirlər görülməmişdir. Bununla da, ünvan 1 ünvanında "xxxx" MMC-yə məxsus “Burc-Qala” restoranının fəaliyyəti ilə əlaqədar atmosferə atılan tullantıların ətraf mühit üçün yol verilən hədd normasından artıq olması faktı iş materiallarında olan Aktlar və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130, 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ülviyyə Şükürova