Məhkəmə qərarları › İş №3(009)-1315/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1315/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1315/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, "xxxx" Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən "xxxx" barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1708/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, AZ1023, Bakı səhəri, Səbail rayonu, Salyan şossesi ünvanında qeydiyyatda olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ünvanına Meksikadan 06DT6290/33AC209 nömrəli yük nəqliyyat vasitəsi ilə 01930 nömrəli CMR sənədi ilə 02 avqust 2022-ci il tarixdə saat 00:36-da Qərb Ərazi Bas Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********9466 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair 29 iyul 2022-ci il tarixdə **********3061 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Belə ki, Meksikadan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ünvanına göndərilmiş mallar 06DT6290/33AC209 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş, **********9466 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin gömrük bəyannaməsində bəyan olunmuş mallar 06DT6290/33AC209 nömrəli yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və bu gömrük bəyannaməsinin 21-ci qrafasında öz əksini tapmışdır, lakin **********9466 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallara dair tərtib edilmiş **********3061 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafasında malların gətirildiyi nəqliyyat vasitəsinin 47KK678/57ABA862 nömrə nişanlı nəqliyyat vasitəsi qeyd edilmişdir və bununla da **********9466 sorğu nömrəli 02 avqust 2022-ci il tarixli gömrük bəyannaməsinin 21-ci qrafası ilə **********3061 sorğu nömrəli 29 iyul 2022-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafası arasında uyğunsuzluq yaranmışdır, yəni **********9466 sorğu nömrəli 02 avqust 2022-ci il tarixli gömrük bəyannaməsinin 21-ci qrafasında yük nəqliyyat vasitəsinin nömrəsi 06DT6290/33AC209 göstərildiyi halda **********3061 sorğu nömrəli 29 iyul 2022ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafasında yük nəqliyyat vasitəsinin nömrəsi 47KK678/47ABA862 göstərilmişdir. Nəticədə, SCHLUMBERGER LOGELKO İNC” Şirkətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkibi yaranmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın və barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" ŞİRKƏTİ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Meksikadan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ünvanına göndərilmiş mallar **********9466 sorğu nömrəli 02 avqust 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş və 06DT6290/33AC209 nömrəli yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuşdur. Lakin **********3061 sorğu nömrəli 29 iyul 2022-ci il tarixli qısa idxal bəyannaməsində yük nəqliyyat vasitəsinin nömrəsi 47KK678/47ABA862 olaraq qeyd olunmuşdur. Bununla da, “SCHLUMBERGER LOGELKQ İNC." şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verildiyindən "xxxx" Şirkətinin əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" Şirkətinin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkibi var və onun 250 (iki yüz əlli) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" ŞİRKƏTİ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar