Məhkəmə qərarları › İş №3(009)-1318/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1318/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1318/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, İmişli rayonu, Xiyabani küçəsi 25 ünvanında qeydiyyatda olan və ünvan 1da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 10.06.2021ci il tarixində ünvan 2 ünvanında yaşayan X7 DİN-nin 102 xidmətinə məlumat verərək bildirmişdir ki, yaşadığı ümumi həyətdə pilləkənin altına qoyduğu dəyərini bilmədiyi dəmir şvellerlerin oğurlanmışdır. X2 ərizə ilə müraciət edərək 10.06.2021-ci il tarixində yaşadığı mənzlinin həyətindən ümumilikdə dəyəri 80 AZN təşkil edən dəmir şvellerlerin və dəyəri 10 AZN təşkil edən dibçəyin oğurlanmasını bildirmişdir. X10 eyni məzmunlu izahat verərək şikayət ərizəsində qeyd etdiyi xüsusatları bir daha təsdiqləyərk hadisə nəticəsində ona ümumilikdə 90 AZN maddi ziyan vurulmasını bildirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X5 tərəfindən MN seriyalı, ******* nömrəli, 21 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirka etmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X5 inzibati xəta haqqında protokolda və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati xətanı törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, protokolda qeyd edilən əməli törətdiyini səmimi etiraf edir və əməlindən peşmandır. Odur ki, qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan MN seriyalı, ******* nömrəli, 21 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvan 3 ünvanında X6 məxsus 80 manat dəyərində dəmir şvellər və 10 manat dəyərində dibçəyi oğurlamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyun 2021-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 10.06.2021-ci il tarixində ünvan 2 ünvanında yaşayan X7 DİN-nin 102 xidmətinə məlumat verərək bildirmişdir ki, yaşadığı ümumi həyətdə pilləkənin altına qoyduğu dəyərini bilmədiyi dəmir şvellerlerin oğurlanmışdır. Araşdırma zamanı X2 ərizə ilə müraciət edərək 10.06.2021-ci il tarixində yaşadığı mənzlinin həyətindən ümumilikdə dəyəri 80 AZN təşkil edən dəmir şvellerlerin və dəyəri 10 AZN təşkil edən dibçəyin oğurlanmasını bildirmişdir. X1 məxsus, dəyəri ümumilikdə 80 AZN təşkil edən dəmir şvellerlərin və dəyəri 10 AZN təşkil edən dibçəyi gizli yolla talamış qonşusu Şəxs əməlində cinayət tərkibi aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xəta qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbyacan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona ictimai işlər növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab etmir. Bu qənaətini onunla əsaslandırır ki, Şəxs xırda məbləğlərdə zərər vurduğuna görə bunun qarşılığında cəmiyyətin xeyrinə haqqı ödənilmədən ictimai faydalı işlər yerinə yetirməlidir. Odur ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında AZA seriyalı, 014721 nömrəli protokoldan görünür ki, Şəxs 20 iyun 2021-ci il tarixdə saat 23:15-də tutulmuşdur. Azərbyacan Respublikası Cəzaların İcrası Məcəlləsinin 35-ci maddəsinə əsasən,məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar