Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-132/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, “X2 Limited” Müştərək Müəssisəsinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən “X2 Limited” MÜŞTƏRƏK MÜƏSSİSƏSİ (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-00037 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/028084 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən, "X2 Limited" Müştərək Müəssisəsi (VÖEN: **********) tərəfindən **********9670 sorğu nömrəli xx.xx.2011-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların daxildə emal gömrük prosedurunda yerləşdirilərək ABŞ-dan Azərbaycan Respublikasına göndərildiyi, sözügedən bəyannamə əsasında daxildə emal edilən malların daxildə emal müddətinin xx.xx.2011-ci il tarixində bitməsinə baxmayaraq "X2 Limited" Müştərək Müəssisəsi tərəfinndən həmin malların geriyə qaytarılmadığı və ya digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi bildirilmişdir. Lakin, daxildə emal müddətinin xx.xx.2011-ci il tarixdə bitməsinə baxmayaraq **********9670 sorğu nömrəli xx.xx.2011-cı il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş tökmə poladdan qaldırıcı kranların şkifləri” adlı malın daxildə emal müddəti bitməmiş "X2 Limited" Müştərək Müəssisəsi (VÖEN: **********) tərəfindən həmin yükün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması, daxildə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9670 sorğu nömrəli, xx.xx.2011-ci il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların emal müddətinin son tarixi xx.xx.2011-ci il tarixi müəyyən edilmişdir. Nəticədə, “X2 Limited” Müştərək Müəssisəsi (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və “X2 Limited” Müştərək Müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. X3 Komitəsi Bakı Baş Gömrük İdarəsinə və “X2 Limited” Müştərək Müəssisəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və “X2 Limited” Müştərək Müəssisəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X2 Limited” Müştərək Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, “X2 Limited" Müştərək Müəssisəsi (VÖEN: **********) tərəfindən **********9670 sorğu nömrəli xx.xx.2011-ci il tarixli gömrük bəyannaməsi il gömrük orqanına bəyan edilmiş yüklərin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməməsi faktı xx.xx.2011-ci il tarixdə aşkar edilərək inzibati xəta haqqında protokol tərtib edilməli idi. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilikdə inzibati tənbeh verilməsi ilə bağlı nəzərdə tutulmuş bir illik müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belələliklə, məhkəmə hesab edir ki, “X2 Limited” Müştərək Müəssisəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “X2 Limited” Müştərək Müəssisəsinin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-132/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-132/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver