Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1320/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 may 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC, 571400.00 Avro məbləğində vəsaiti 10 may 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 571400.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 may 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 11 iyun 2024-cü il tarixli Şəxs MMC-nin etiraz ərizəsindən görünür ki, ART RİCHELİEU şirkəti ilə SOCAR-AQŞ MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli "xxxx" müqaviləsinə əsasən, Drillmec HH300 Rig avadanlığının satın alınması məqsədilə tərəflərindən 571.400,00 avro məbləği qeyd olunan şirkətə ödənilmişdir. Daha sonra NOBEL OİL MMC şirkəti ilə SOCAR-AQŞ MMC arasında bağlanılmış 23 yanvar 2023-cü il tarixli, S-06/23/SA nömrəli "xxxx" müqaviləsinə əsasən Drillmec HH300 Rig avadanlığı tərəfimizdən NOBEL OİL MMC-yə (bundan sonra “Ahcı” şirkət adlanacaq) 2.000.000.00 (iki milyon) ABŞ dolları məbləğinə satılmışdır. Təəssüflər olsun ki, xeyli müddət üstündən keçməsinə baxmayaraq, qeyd olunan məbləğ onlara "xxxx" şirkət tərəfindən ödənilməmişdir. Halbuki, 23 yanvar 2023-cü il tarixli, S- 06/23/SA nömrəli “Alqı- satqı” müqaviləsinin 3-cü bəndinə uyğun olaraq “faktura əsasında müqavilə qiymətinin 100% ödənilməsi Təhvil-Qəbul Aktının hər iki Tərəf tərəfindən imzalanmasından sonra 30 (otuz) gün ərzində həyata keçirilir. ” xx.xx.2023-cü tarixli “Təhvil-Qəbul Aktına” əsasən, qeyd olunan avadanlıq "xxxx" şirkətə təhvil verilmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixli “İnvoys” "xxxx" şirkətə göndərilməsinə baxmayaraq, qeyd olunan məbləğ onlara "xxxx" şirkət tərəfindən ödənilməmişdir. Göstərilən məsələni məhkəmədənkənar qaydada nizama salmaq məqsədilə tərəfimizdən "xxxx" şirkətə xx.xx.2023-cü il tarixli “Rəsmi Xəbərdarlıq” göndərilmiş və həmin xəbərdarlıqla borc məbləğinin 10 (gün) ərzində ödənilməsi xahiş edilmişdir. Lakin "xxxx" şirkət bizə bildirdi ki, borcun ödənilməsi ilə bağlı onlara 3 (üç) ay möhlət verək. "xxxx" şirkətin onlardan istədiyi 3 (üç) aylıq möhlət müddəti ağlabatan olmadığı üçün tərəflərindən "xxxx" şirkətə göndərilən xx.xx.2023-cü il tarixli “Rəsmi Xəbərdarhq”la bildirilmişdir ki, ödənişin yalnız 2 (iki) ay uzadılması mümkündür. Lakin 2 ay yarım müddətdən də artıq müddət keçməsinə baxmayaraq, "xxxx" şirkət yenə də öz borcunu bizə ödəməmişdir. NOBEL OİL MMC-yə bununla bağlı xx.xx.2023-cü il tarixli növbəti “Rəsmi Xəbərdarlıq” göndərilmişdir. Lakin "xxxx" şirkət borcunu ödəyə bilməməsini “müştərilərdən gözlənilən ödənişlərin alınmaması ilə bağlı” əlaqələndirmişdir. "xxxx" şirkət öz öhdəliklərini yerinə yetirmədiyi üçün tərəflərindən onlara göndərilən xx.xx.2024-cü il tarixli “X1”la bildirilmişdir ki, “əgər borcumuz 15 (on beş) gün ərzində ödənilməsə, maraqlarımızı və hüquqlarımızı qorumaq üçün Azərbaycan məhkəmələri vasitəsilə müvafiq qanuni tədbirlər görəcəyik. ” Təəssüflər olsun ki, "xxxx" şirkət bizim bu xəbərdarlığlarına da məhəl qoymamış və onları pis bir duruma salmışdır. Başqa sözlə desək, baş vermiş məsələ onların iradələrindən asılı olmayan hallara görə baş vermişdir. Bu səbəbdən SOCAR-AQŞ MMC qeyd olunan inzibati xətanı törətməkdə təqsirli sayılmamalıdır. Göstərilənlərə əsasən, SOCAR-AQŞ MMC həyata keçirdiyi avans ödənişlərinin müqabilində hazırda öz iradəsindən asılı olmayan səbəblərə görə qanunla müəyyən edilmiş müddətdə müvafiq malı idxal edə bilməyib, həmçinin ödənilmiş valyuta vəsaiti də xaricdən SOCAR-AQŞ MMC-yə geri qaytarılmayıb. Göründüyü kimi, SOCAR-AQŞ MMC-nin bu məsələdə hər hansı bir təqsirinin olmaması müəyyən edilir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən SOCAR-AQŞ MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli "xxxx" tərtib edilərkən SOCAR-AQŞ MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin ‘‘Protokol” şirkətin müvafiq səlahiyyətli Şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “Protokof’un məzmunu barəsində öz mülahizələrini təqdim etmək üçün onlara şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, EP №: ******* “ProtokoF’da qeyd olunan: SOCAR-AOŞ MMC 571.400,00 avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 571.400,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11,05.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir qeydi tam əsassızdır, çünki AR-nın KM-nin qeyd olunan "xxxx"da qeyd olunduğu kimi, SOCAR-AQŞ MMC baş vermiş hadisədə təqsirsizdir və həmin valyuta vəsaitinin geri qaytarılmaması onun iradəsindən asılı olmayan səbəblərə görə gecikdirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, SOCAR- AQŞ MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli "xxxx" qanunsuz və əsassız olduğundan o ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. SOCAR-AQŞ MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli "xxxx" ləğv edilməsini və inzibati xəta haqqında icraat aparılan SOCAR- AQŞ MMC barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 27 aprel 2022-ci il tarixli "xxxx" MMC və“ART RİCHELİEU” arasında bağlanılmış müqaviləsindən görünür ki, "xxxx" MMC auksion vasitəsi ilə “ART RİCHELİEU”-dən 571400 Avro(qazma qurğusu 500000 Avro, auksion xərci 71400 Avro) məbləğinə “DRİLLMEC HH300” qazma qurğusunu almışdır. İş materiallarına əlavə edilmiş 10 may 2022-ci il tarixli ,562 RE nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən 571400 Avro məbləğində vəsait “ART RİCHELİEU” bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 15 may 2024-cü il tarixli "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış ZB 949 məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidenllərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarrınn 4.3.1.3 bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməməsi səbəbindən müvafiq köçürmə üzrə avans sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli 06/23/SA saylı, “NOBEL OİL LTD” və Şəxs MMC-nin arasında bağlanılmış satış müqaviləsindən görünür ki, Şəxs MMC “DRİLLMEC HH300” qazma qurğusunu “NOBEL OİL LTD” satmışdır. Bundan əlavə müqavilnənin şərtlərində qazma qurğusunun alıcı tərəfə təhvil verilməsi yeri Türkiyə Respublikası kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 30 aprel 2023-cü, 24 iyul 2023-cü, 29 mart 2024-cü il tarixli Şəxs MMC pretenziya məktublarından görünür ki, Şəxs MMC 23 yanvar 2023-cü il tarixli 06/23/SA saylı müqavilə üzrə “NOBEL OİL LTD” öz öhdəliyini icra etdiyini tələb etmiş, əks halda qanuni tədbirlər görülməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş “NOBEL OİL LTD” cavab məktublarından görünür ki, “NOBEL OİL LTD” pretenziyanı qəbul etmiş və öhdəliyin icrası üçün vaxt istəmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 571400 AVRO məbləğində vəsait hesabına alınan “DRİLLMEC HH300” qazma qurğusu 23 yanvar 2023-cü il tarixdə 06/23/SA saylı müqavilə əsasında “NOBEL OİL LTD”-yə satılmışdır. Odur ki, 571400 AVRO vəsait hesabına alınan qazma qurğusunun idxal edilməməsi və pul vəsaitinin geri qaytarılmaması Şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. Azərbaycan Respublikasının Konstiusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd elmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1320/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1320/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver