Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1322/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əliyev Ülvi Bağır oğlunun katibliyi, şikayətçi X1, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhər DYPİ-nin 15 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 Bakı şəhəri DYPİ-nin 15 aprel 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə qərarsız protokol yazılmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhər BPİ DYPİ-nə müraciət etmişdir. xx.xx.2024cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə aldığı qərarın üzərində öz əksini tapır. xx.xx.2024-cü il tarixdə müraciətinə əsasən şikayət ərizəsi onsuz baxılaraq geri qaytarılmışdır. İdarə etdiyi DODGE CHARGER minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 16:48-də (Elektron qərarda 6415345saat 15:49 yazılıb) Bakı şəhər, Səbail rayonu, Nizami küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Zərgərpalan küçəsi ilə kəsişmədə hərəkət üstünlüyünə malik olan nəqtıyyat vasitəsinə yol verməyərək, yol ayrıcını keçmə qaydasını pozduğuna görə həmin ərazidə xidmət edən YPX əməkdaşı Polis Baş serjantı X2 tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikasının İXM-in 327.2 maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərarı əsassız və qanunsuz hesab edir. İnzibati xəta üstünlük təşkil edən yoldan gələn avto maşının Zərgərpalan küçəsindən hərəkətdə olarkən və hələ çox məsafədə yəni artıq onun Nizami küçəsi ilə rahat irələməməyi, Zərgərpalandan hərəkətdə olan nəqliyyat vasitəsinin hansı manevr və qəflətən hərəkət istiqamətinin dəyişməsinə səbəb olmasıdır. Video görüntülərin yoxlanılmasını tələb edəndə qarşı tərəf ona o ərazidə video görüntününün olmadığını bildirmişdi. Nizami küçəsi ilə hərəkətdə olarkən o yol vermə intervahlını gözləmişdir. xx.xx.2024-ci il (614 9553 saylı) protokoldan inzibati xətanın törədildiyi vaxt (16:48), ******* saylı qərarda isə (15:49) göstərilmişdir. İXM-nin 135.1-135.1.1, 135.1.3-135.1.4 maddələrində göstərilən əsaslar rəhbər tutaraq TP-6415345 saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 3(009)-1322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1427/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin 3(009)-1322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək araşdırılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək bildirmişdir ki, DYP nümayəndəsi qərarsız şikayət yazmışdır. Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində Nizami küçəsində olarkən maşını saxlayıb, piyadaya yol vermiş, həmin küçə ilə yolunu davam etdirmişdir. Hər iki küçə birtərəflidir. Zərgərpalan küçəsindəki nəqliyyat vasitəsi ilə məsafə olduğu üçün o həmin yolu keçərək əsas yol ilə irəliləmişdir. Həmin küçə ilə aşağı sürətlə getmiş və əsas yolun onun hərəkət etdiyi yol olduğunu düşünürdü. İnzibati xəta hadisəsini törətməmişdir. 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsasız olduğundan ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, hazırki iş üzrə artıq bir dəfə Səbail rayon Məhkəməsində baxılıb və şikayət təmin edilməyib. Apellyasiya Məhkəməsi tərəfindən yalnız o əsasla iş ləğv olunub ki, məhkəmə tərəfindən qərarda inzibati xətanın mahiyyətindən və videogörüntüyə baxış keçirilməsindən yazılmayıb. Haqqında icraat aparılan şəxsin nəqliyyat vasitəsi sol tərəflə hərəkət etdiyi üçün eyni əhəmiyyətli yol olsa belə sağ istiqamətə yol verməlidir. Orada “Baş yol” və “Stop” nişanı var. Haqqında icraat aparılan şəxs orada sağdan gələn nəqliyyat vasitəsinə yol vermir. Yol verməməyi yol polisi əməkdaşı tərəfindən çəkilib. Orada sağdan gələn nəqliyyat vasitəsi sürətini azaltmasa idi, yol-nəqliyyat hadisəsi baş verəcəkdi. Bunları əsas gətirərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X3 barəsində qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 aprel 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə X3 DODGE CHARGER minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol kəsişməsində digər nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydalarının pozmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, 15 aprel 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında tərtib edilmişdir. Məhkəmə hesab edir ki, qərarda qeyd edilən maddə törədilmiş xətaya uyğun olduğundan qərarda texniki səhvə yol verilərək qeyd edilmiş saat qərarın qanunsuz hesab olması üçün əsas ola bilməz və buna görə qərar ləğv edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 icraat zamanı prosessual pozuntulara yol verilməsi və bununla əlaqədar iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayətinə məhkəmə bildirilir ki, vəzifəli şəxs və ya məhkəmə (hakim) tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətaya dair iş üzrə icraat aparılan zaman pozuntulara yol verilməsi müəyyən edildiyi təqdirdə qeyd edilən hal inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs barəsində müəyyən təsir tədbirlərinin görülməsi üçün əsas hesab oluna bilər, lakin təqsirli bilinən şəxsin inzibati məsuliyyətini aradan qaldırmır. Hazırki halda X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları, o cümlədən proses iştirakçılarının izahatları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaq doldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X1 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin 15 aprel 2024cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri DYPİ-nin 15 aprel 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1322/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1322/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver