Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1323/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 06 avqust 2022-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1992-ci il tarixdə Mengəçevir rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs tərəfindən 04 iyun 2022-ci il tarixdə saat 04:00-da Honda İnsight hibrid minik markalı, 77BZ254 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 40 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adma kliniki Tibbi Mərkəzinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 3026 saylı arayışda qeyd olunmuşdur ki,o,xx.xx.2022-ci il tarixində həmin klinikaya müraciət etmiş, rentgen myayinəsindən keçmiş, yarası birincili işlənmişdir və ona "Alın nahiyyəsinin əzilmiş yarası” diqnozu qoyularaq myvafiq ambulator tibbi yardım göstərilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, aparılmış araşdırma materiallarına əsasən müəyyən edilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 00:40 raədələrində etibarnamə əsasında idarə etdiyi “Honda İnsght minik” markalı 77- BZ- 254 dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 08:55 radələrində Bakı şəhəri, Səbail rayonu R.Rza küçəsi ilə üzü malakan bağı istiqamətində hərəkətdə olan zaman ondan qarşıda eyni hərəkət zolaqmda və eyni istiqamətdə hərəkətdə olan “Khazar LK miniik” markalı 77- PC- 918 dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən tormoz verdiyini görmüş, məsafə yaxın olduğundan əyləci sıxsa da hadisənin qarşısını ala bilməmiş, idarə etdiyi avtomobilin ön hissəsi qarşıda dayanan avtomobilin arxa hisəsinə dəyib toqquşmuşdur. Nəticədə Şəxs idarə etdiyi qvtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşən vət.Zərərçəkmiş şəxs xəsarət almış, dərəcəsinə görə sağlamlığın qısa mqddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Baş vermiş yol nəqliyyat hadisəsini törətmiş “Honda İnsight minik” markalı 77BZ254 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü vətəndaş Şəxs “X2” Azərbaycan Respublikasının Qanununun 50.3-cı maddəsində göstərilən yəni sürücü sürətdən və hərəkət şəraitindən aslı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqlliyat vasitəsi sürəti kəskin azaltdıqda və ya göznəlimədən dayandıqda onunla toqquşmanın qarşısım almalı olduğu halda buna əməl etməmiş və hüqüq pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1323/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1323/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver