Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1323/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X4 DİN BDYPİ-nin X1 tərəfindən tərtib edilmiş 18 may 2024-cü il tarixli EQ 21222278, EQ 21222279,EQ 21222281 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 DİN BDYPİ-nin X1 tərəfindən tərtib edilmiş 18 may 2024-cü il tarixli EQ 21222278, EQ 21222279,EQ 21222281 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 DİN BDYPİ-nin X1 EQ21222279, EQ21222281, EQ21222278 saylı xx.xx.2024-cü il tarixli qərarları ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə inzibati tənbehi tətbiq edilib. Hesab edir ki, DİN BDYPİ-nin X2 tərəfindən qərar çıxarılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəaları düzgün tətbiq edilməmişdir. Qeyd edir ki, o hər hansı inzibati xəta törətməyib. Ədalətli və qanunamüvafiq yeni qərarın qəbul edilməsi üçün işin hallarını detallı formada diqqətinizə çatdırmaq məqsədəmüvafiqdir. Belə ki, o 2018-ci ilin iyun ayının 4-dən bu günədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində çalışıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan “Hyundai Hl” modelli, “**-PJ-***” qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi ona etibar edilmiş, lakin zərurət olmadığı üçün 2023-cü ilin dekabr ayından istifadə olunmamış və Səbail rayonu, Mikayıl Useynov küçəsində (“Sapphire Bayıl” otelə məxsus parklanma yerində) parklanmışdır. Buna baxmayaraq ona avtomobil nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati tənbeh tətbiq edilmişdir. Bundan əlavə onu da qeyd etmək istərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Səbail Rayon Dövlət Yol Polisi İdarəsinə ünvanlanan 18 Yanvar 2024-cü il SP/2 №-li məktubda avtomobil nəqliyyat vasitəsinin idarə edilməsi etibar edilmiş şəxs barədə məlumatların göndərilməsinə baxmayaraq, protokollar tərtib olunarkən onun elektron kabinetində olan mobil telefon nömrəsinə elektron protokolun tərtib olunması barədə SMS məlumatı göndərilməmiş, buna görə də onun həmin protokolların tərtib olunmasından xəbəri olmamışdır, yalnız qərarlar barədə xx.xx.2024-cü il tarixində SMS bildirişi gəldikdən sonra yaranan vəziyyətdən məlumatı olmuşdur. DİN BDYPİ-nin X1 EQ21222279, EQ21222281, EQ21222278 saylı xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş materialdan müəyyən edilir ki, DİN BDYPİnin X2 tərəfindən X4 barəsində 3 ayrı inzibati tənbeh vermə haqqında qərar tərtib edilsə də, tərtib edilmiş həmin qərarlar birləşdirilməklə bir şikayətdə, birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, DİN BDYPİ-nin X2 tərəfindən X4 barəsində tərtib olunmuş 3 ayrı inzibati tənbeh vermə haqqında qərarlardan şikayət məhkəməyə göndərilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən, həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün olmadığından şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra X3 hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrılıqda şikayətlə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X4 DİN BDYPİ-nin X1 tərəfindən tərtib edilmiş EQ 21222278, EQ 21222279, EQ 21222281 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1323/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1323/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver