Məhkəmə qərarları › İş №3(009)-1324/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1324/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1324/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X6 qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X9 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, 22 may 2022-ci il tarixdə saat 19:05 radələrində Bakı şəhəri, Səbail rayonu Yeni Salyan yolu küçəsində “Toyota prius” markalı **-FC-*** dovlət qeydiyyat nişanlı avtomobilin maneyəyə dəyərək aşmış və nəticədə X7, X12 , X8 və X13 müxtəlif bədən xəsarətləri almışlar. X10 oğlu izahatında bildirmişdir ki, O, xx.xx.2022-ci il tarixində saat 18:30 radələrində dostu X7, tanışları X8 və X13 ilə birlikdə idarə etdiyi Toyota prius markalı **-FC-*** qeydiyyat nömrəli avtomobil ilə Bakı şəhəri Yeni Yasamal yolu ilə üzü Qaradağ rayonu istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət etdiyi zaman Səbail rayon Prokurorluğunun bərabərliyindəki işıqforda qırmızı işığın yandığını görüb elə həmin sürətlə də, sol tərəfə, yaşıl işıq istiqamətində hərəkət etmiş, ehtiyatsızlıqdan idarəetməni itirərək avtomobilin qabaq tərəfi yolun sağ kənarındakı beton səkiyə dəymiş, nəticədə avtomobil yolun sağ tərəfinə arxası üstə çevrilmişdir. Hadisə nəticəsində X10, X7, X8 və X13 xəsarət almışdır. Onların almış olduğu xəsarət dərəcəsinə gorə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Belə olan halda toplanmış araşdırma materiallarına əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və X10 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 372 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ baldirın orta 1/3-nin ön səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 367 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol baldırım ön səthinin sıyriği bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il yol-nəqliyyat hadisəsi nəticəsində sürücü qismində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 368 nömrəli rəyindən görünür ki, X8 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısının və sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 365 nömrəli rəyindən görünür ki, X13 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burunun yumşaq toxumalarının şişkinliyi və qançırı (əzilməsi) ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə , yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşının aşması nəticəsində sərnişin qisminda əmələ gələ bilərdilər. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində saat 18:30 radələrində dostu X7, tanışları X8 və X13 ilə birlikdə idarə etdiyi “Toyota prius” markalı **-FC-*** qeydiyyat nömrəli avtomobil ilə Bakı şəhəri Yeni Yasamal yolu ilə üzü Qaradağ rayonu istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət etdiyi zaman Səbail rayon Prokurorluğunun bərabərliyindəki işıqforda qırmızı işığın yandığını görüb elə həmin sürətlə də, sol tərəfə, yaşıl işıq istiqamətində hərəkət etmiş, ehtiyatsızlıqdan idarəetməni itirərək avtomobilin qabaq tərəfi yolun sağ kənarındakı beton səkiyə dəymiş, nəticədə avtomobil yolun sağ tərəfinə arxası üstə çevrilmişdir. Hadisə nəticəsində X10, X7, X8 və X13 xəsarət almışdır. Onların almış olduğu xəsarət dərəcəsinə gorə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla da sürücü X10 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Bununla da, X10 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən X5 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, X5 oğlunun şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar