Məhkəmə qərarları › İş №3(009)-1326/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1326/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1326/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 nümayəndəsi X1iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də mehmanxana meneceri vəzifəsində işləyir. Qeyd edir ki, fəaliyyətini həyata keçirməyi ilə bağlı yaşayış yerini tərk etmək zərurəti olduğundan, 05,07.2020-ci il tarixədək bununla əlaqədar elektron qaydada müvafiq icazə almışdır. xx.xx.2020-ci il tarixdə yenə də iş yerinə getdiyi zaman Bakı şəhəri, Qarada rayonu, “Lökbatan-Səlyan” şossesində xidmət göstərən polis postunda DYPİ-nın yol patril xidməti əməkdaşları tərəfindən idarə etdiyi avtonəqliyyat vasitəsi saxlanılaraq yaşayış yerii tərk etməyi ilə bağlı müvafiq icazəsinin olub-olmaması soruşulmuş, o, bu zaman elektron qaydada icazəsinin olduğunu bildirmiş və göstərilən halı təsdiq edən elektron sistemdə öz əksini tapmış məlumatları polis əməkdaşlarına təqdim etmişdir. Lakin sözügedən məlumatları polis əməkdaşlarına təqdim etsə də, onlar şəxsiyyət vəsiqəsinin seriya-nömrəsi üzrə elektron sistemdə aparılmış axtarış nəticəsində elektron qaydada alınmış icazənin tapılmadığıını və bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu bildirdilər. Bu zaman o, polis əməkdaşlarına yenidən elektron qaydada alınmış icazəni təqdim etsə də, onlar təkrarən elektron sistemdə aparılmış axtarış nəticəsində icazənin aşkar edilmədiyini və bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini qeyd etmişlər. Qeyd edir ki, xx xxxx 2020-ci il tarixinədək elektron qaydada müvafiq icazə mövcud olmuşdur. Həmçinin fəaliyyət göstərdiyi müəssisənin insan resursları şöbəsinin əməkdaşları tərəfindən icazəsinin bitməsinə 1(bir) gün qalmış icazənin vaxtı xx xxxx 2020-ci tarixinədək uzadılmışdır. Lakin bütün bunlara məhəl qoymayan DİN-nin əməkdaşları elektron qaydada alınmış icazənin olmadığını bildirərək, heç bir əsas olmadan barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Göstərilənlərin nəzərə alınaraq TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətini müdafiə edərək barəsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin nümayəndəsi X3 Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarı müdafiə edib, X2 şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Elektron Hökümətin İnkişafı Mərkəzinin portalından (icaze.e-gov.az) çıxarışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X5 **-AD-*** dövlət qeydiyyat nömrəli avtomaşınla xidməti buraxılış üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı-Abşeron-Sumqayıt ərazisinə SMS icazə əldə etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin portalından (icaze.egov.az) çıxarışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X5 **-AD-*** dövlət qeydiyyat nömrəli avtomaşınla xidməti buraxılış üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı- Abşeron-Sumqayıt ərazisinə SMS icazə əldə etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 09:46 radələrində, idarə etdiyi **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, Bakı şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən saxlanılaraq barəsində İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğu üçün inzibti xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Oruc Kələşov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə X4istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin portalına əsasən xx.xx.1993-cü il təvəllüdlü X2 **-AD-*** dövlət qeydiyyat nömrəli avtomaşınla xidməti buraxılış üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, bundan sonra isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı-Abşeron-Sumqayıt ərazisinə dair icazələr alınmasına baxmayaraq, onun barəsində əsassız olaraq Bakı şəhər DYPİ-nin inspektoru tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X2təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, bundan sonra isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaşayış yerini tərk etmək üçün SMS-icazələr verilməsinə baxmayaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 inspektoru tərəfindən əsassız olaraq İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da, protokol tərtib etmiş şəxsin gəldiyi nəticə, yəni Oruc Kələşovun müvafiq icazəsi olmadan yşaayış yerini tərk etməsi işin faktiki hallarına uyğun gəlməmişdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Oruc Kələşovinşikayəti təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) günmüddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar