Məhkəmə qərarları › İş №3(009)-1328/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1328/2020

17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1328/2020 17.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini iş materiallarına əlavə etməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən hal isə, yəni şikayət verilmiş protokol üzrə qəbul edilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi hazırki şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan verildiyindən, eləcə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmadığından inzibati xəta haqqında protokola baxılması mümkün deyildir. İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118, 128-129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması şikayətçi X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar