Məhkəmə qərarları › İş №3(009)-1328/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1328/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1328/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1993-cü il tarixdə Əlibayramlı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən X6 minik markalı, 99HR463 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə işi Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbi yoxdur. Toplanmış materialdan görünür ki, “Toyota-Prius” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişin X5 göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə saat 06:30-da bibisi oğlu Rəvanla birgə öz işlərinin dalınca getmək məqsədi ilə Binəqədi rayonu 7-ci mikrorayona “Bolt” şirkəti vasitəsi ilə taksi sifariş vermişdilər.Sifariş verdikdən qısa müddət ərzində “Toyota-Prius” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomaşın vermiş olduğları ünvana gələrək onları götürüb lazım olan ünvana aparırdı. Bakı şəhəri, Səbail rayonu,Y.Saylan şossesi ilə üzü “Su-Oyunları” sarayı istiqamətində hərəkətdə olan zaman sürücü sağa və ya sola dönməli olduğu halda düzünə hərəkət etdirən zaman ani anda Y.Salyan şossesi ilə üzü mərkəz istiqamətində hərəkətdə olan sonradan bildiyi “Mercedes- Benz Vito” markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın onların olduğları avtomaşının yan sağ hissəsinə dəyərək çırpılmışdı. Həmin vaxtı o və yanında olan Rəvan xəsarət aldığları üçün TTYS-na məlumat verilmişdi və oradan gələn həkim briqadası onlara yerində yardım göstərmişdirlər. Az bir müddət keçmişdir ki, oraya Səbail RPÎ-nin əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmışdırlar. “Toyota-Prius” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişin X4 E.F.Xəlilinin izahatını təsdiq edərək anoloji izahat vermişdir. “Toyota-Prius” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişinlər X2 və X1 bədənləri üzərində olan xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə Məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 502 saylı rəyindən görünür ki, “Toyota-Prius” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişin X2 məhkəmə tibbi müayinəsi zamanı almış olduğu xəsarətlər:-sağ gözaltı nahiyəsinin əzilmiş-cırılmış yarası. sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz orbitası ətrafının hematomasıi bərk küt əşyanının (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəratidə.yəni xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi,o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması sərnişin qismində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 503 saylı rəyindən görünür ki, “Toyota-Prius” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişin X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarət:-sağ saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı bərk küt əşyanının təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəratidə,yəni xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi,o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması sərnişin qismində əmələ gələ bilərdi,sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. “Toyota-Prius” markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs ehtiyatsızlıqlığı və yol hərəkəti qaydalarını pozması məcburi hərəkət nişanının tələbinin pozması və “Mercedes-Benz Vito” markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində “Toyota-Prius" markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişinlər X5 və X4 xəsarət almışdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə uyğun olaraq Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar