Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1329/2020 14.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 A mənzil 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü Badamdar döngəsi, 12-ci küçə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 3 ünvanında yaşayan vətəndaş X3 DİN-nin 102 xidmətinə zəng edərək, oğlu X2 Kənan və Orxan adlı tanışları tərəfindən Səbail rayonu Badamdar qəsəbəsində döyülməsini bildirmişdir. Ərizə əsasında Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı Həmid Ağayev tərəfindən araşdırma aparılmış, Şəxs və X4 əməllərində cinayət tərkibi olmadığından xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X4 barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi polis sahə inspektoruna həvalə edilmişdir. Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru, polis mayoru X5 xx.xx.2020-ci il tarixli, MN ******* №-li Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis mayoru X5 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs və X8 xx.xx.2020-ci il tarixdə X6 döymüş, bu xüsusat müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, Şəxs ilə 8-9 il olar ki, aralarında dostluq münasibətləri mövcud olmuşdur. Lakin son yaşanan hadisədən sonra münasibətləri pozulmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə görüşdükləri vaxt aralarında yaranmış mübahisə zamanı sonuncu onu baş zərbəsi ilə vuraraq döymüşdür. Hazırda isə ondan üzr istəməsini nəzərə alaraq inzibati xətanı törətmiş şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, X7 ilə 8-9 il olar ki, aralarında dostluq münasibətləri mövcud olmuşdur. Lakin son zamanlar şəxsi problemləri olduğundan, xx.xx.2020-ci il tarixdə X7 ilə görüşdükləri vaxt əsəbləri gərgin olmuş və aralarında yaranmış mübahisə zamanı sonuncunu baş zərbəsi ilə burun nahiyyəsindən vuraraq döymüşdür. Lakin sonradan əməlindən peşman olmuşdur. Hazırda özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxsdən üzr istəməsini və onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, hazırda o, Şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qanunvericiliyin tələbini və zərərçəkmiş şəxs X2 hazırda Şəxs ilə barışmasını, ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1329/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1329/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver