Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-133/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 30 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 20.11.2021-ci il tarixində, saat 15:00-da Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsində idarə etdiyi “Toyota Prius minik” markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-sinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan raportdan görünür ki, 20.11.2021-ci il tarixdə saat 16 radələrində Şəxs taksi fəaliyyəti ilə məşğul olduğu, UBER taksi şirkətinə məxsus olan, etibarnamə ilə idarə etdiyi açıq yaşıl rəngli, Toyota Prius markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomaşınla geriyə hərəkət edərkən yolu keçən piyada X2 vurmuş, nəticədə piyada V.Baranovskinin sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirilmişdir. Şikayət ərizəsi əsasında istintaq araşdırması aparılmış, toplanmış materail barədə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarda sürücü Şəxs əməlində Azərbaycan Respublikasının «İnzibati Xətalar Məcəlləsinin» 327.8ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tədbir görülməsindən ötrü aidiyyəti üzrə Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs oğlunun izahatı alınmış və o, izahatında bildirmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərindən UBER taksi şirkətinə məxsus olan açıq yaşıl rəngli, Toyota Prius markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə etmiş, 20.11.2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanın qarşısında həmin avtoamşınla dayanan zaman ona müştərinin sifarişi gəlmiş, o, avtomaşınla dayandığı yerdən çıxmaq üçün arxaya sürən zaman hansısa maneyə dəymə səsini eşirdərək maşını saxlamış və yerə düşən zaman dolu bədənli hündürboylu bir nəfər xarici vətəndaşa oxşar bir səxsin qolunun dirsəyini tutduğunu, maşının arxa spoylerinin sındığını görmüş, o, idarə etdiyi avtomaşının həmin şəxsə dəydiyini anlayaraq maşın dəyən şəxsə xəstəxanaya aparmağı təklif etmiş, həmin şəxsin yanında bir qadın olmuş, həmin şəxs sığortası olduğunu və xəstəxanaya getmək istəmədiyini bildirəndə o avtomaşına oturaraq oradan uzaqlaşmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 09.12.2021-ci il tarixli 794 №-li rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-sağ bazunu hərləndirən manjet, əzələsinin və vətərinin zədələnməsi ilə müşayət olunan sağ bazunun yumşaq toxumalarının qançırı, eləcədə sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrığı bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20.11.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi,o cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığ Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi 2\30557 saylı 24.10.2021-ci il tarixli aktından görünür ki, Şəxs oğlunun alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-133/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-133/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver