Məhkəmə qərarları › İş №3(009)-1330/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1330/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1330/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, İnzibati xəta hqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru X1 Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və onun qanuni nümayəndəsi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında 13 may 2025-ci il tarixli, MN №2252218 nömrəli protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında 13 may 2025-ci il tarixli, MN №2252218 nömrəli protokol və ona əla olunmuş materiallar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, 68A-dır. Məhkəmə iclasında iştirak edən inzibati xəta hqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru X3 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və onun qanuni nümayəndəsi X4, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında 13 may 2025ci il tarixli, MN №2252218 nömrəli protokol və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar