Məhkəmə qərarları › İş №3(009)-1331/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1331/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1331/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4, Azərbaycan Respublikası X2 nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası X2 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X2 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X4 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfin qəbul edilmiş 04 may 2021-ci il qərarla o, “Röyal Sapphire” otelin rəhbəri kimi İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, Səbail rayonu, Badamdar şossesində yerləşən "Röyal Sapphire” otelində 18.04.2021-ci il tarixdə sanitar gigiyena rejiminin pozulması (dəhliz və sanitar qovşağında spirtin olmaması, dezinfeksiya tədbirlərinin aparılman işçilərin COVİD-19 testinin nəticələrinin təqdim olunmaması) səbəbindən AR İXM 211.1-ci maddəsində nəzərdə tutulan inzibai xəta törənmişdir. Qeyd edilənlərə əsasən bildirir ki, qəbul edilmiş qərar tamamilə əsassızdır. Belə ki, bütün dünya üzrə qəbul edilmiş qaydalara əsasən otelə giriş saat 12-00-da başlayır və 00-da çıxış müəyyən edilir. Azərbaycan Respublikasının X2 nümayəndəsi isə otelə saat 10-11 radələrində daxil olmuş, heç bir xəbərdarlıq edilmədən otaqlara baxış keçirmiş, icazəsiz olaraq çəkilişlər aparmışlar. Belə ki, onların müəyyən etdiyi otaqda vətəndaşlar olmuş və onların çıxışlarına müəyyən qədər vaxt qaldığından otaqlara onlar nəzarət edə bilməmişlər. Boş otaqlar isə tamamilə müəyyən edilmiş qayda uyğun olmuş və heç bir qanun pozuntusu müəyyən edilməmişdir. Əlavə olaraq bildirir ki, oteldə işləyən şəxslər əvvəldən işə qəbul edilməklə COVİD-19 müəyyən edildiyi müddətdə yeni işçi işə qəbul etməmişlər. Göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli qəbul edilmiş qərarı ləğv edərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 şikayətini müdafiə edib, eləcə də "Röyal Sapphire” otelində karantin rejimi qaydalarına riayət edilməsinə dair fotoşəkilləri məhkəməyə təqdim edərək Azərbaycan Respublikası X2 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Monitorinq aktında qeyd olunan sanitar qovşağında spirtin qoyulmaması onunla izah etmişdir ki, həmin sanitar qovşaqdan istifadə edilmir. İşçilər ora artıq əşyalarını yığırlar. Lobbidəki masalarda isə spirt ona görə qoyulmamışdır ki, otelin girişində spirt qoyulmuş və ora daxil olan hər kəs əllərini dezinfeksiya edərək içəri daxil olur. İşçilər isə olaraq Covid19 testindən keçmişlər, otelə yeni qəbul olunan işçi yoxdur. Əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin aprel və may aylarında "xxxx" MMC tərəfindən otelin sanitariya- epidemioloji vəziyyəti yoxlanılmış və müvafiq aktlar tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar çıxarılmamışdan əvvəl, yəni 2021-ci ilin aprel ayında otelin karantin rejiminə riayət edilməsi haqqında "xxxx" MMC dezinfeksiya işlərinin aparılması haqqında 166 nömrəli akt tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X2 nümayəndəsi X5 şikayətə etiraz edərək göstərmişdir ki, 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. X2 nümayəndəsi X1 17.04.2021-ci il və 18.04.2021-ci il tarixlərdə “Röyal Sapphire” otelinə gedərək monitorinq keçirmiş və müəyyən pozuntular aşkar etmişdir. Monitorinqin nəticələrinə əsasən 04 may 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, 17.04.2021-ci il tarixdə “Röyal Sapphire” otelinə gedərək monitorinq keçirmiş və müəyyən olunmuşdur ki, oteldə yeni işə qəbul olunan və mövcud işçilər işə başlamazdan əvvəl Covid19 testindən keçirilməmiş, oteldə təmizlik və dezzinfeksiya tədbirləri lazıimi qaydada aparılmır. 18.04.2021-ci il tarixdə yenə“Röyal Sapphire” otelinə gedərək monitorinq keçirmiş və aşkar etmişdir ki, oteldə 17 aprel 2021-ci il tarixdə aşkar olunmamışdan əlavə otelin lobbisində, sanitar qovşaqda əllərin dezinfeksiyası üçün spirt qoyulmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası X2 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş monitorinqçi, Səhiyyə Nazirliyini təmsil edən monitorinqçi və mehmanxananın məxusl şəxsi Əli Əlizadə tərəfindən imzalanmış monitorinq formasından görünür ki, mehmanxanada mərtəbə dəhlizləri, işçi otaqları, əyləncə sahələri, sanitar qovşaqlar və ictimai iaşə zonalarındakı masalar əllərin dezinfeksiyası üçün spirt tərkibli əl dezinfektantları, mövcud işçilərin işə başlamazdan əvvəl COVİD-19 testindən keçirilməsi və dezinfeksiya tədbirlərinin aparılması təşkil edilməmişdir. İşdə olan 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar şossesində yerləşən "Röyal Sapphire” otelində 18.04.2021-ci il tarixində sanitar-gigiyena rejiminin pozulmasına (dəhliz və sanitar qovşağında spirtin olmaması, dizinfeksiya tədbirlərinin aparılmaması, işçilərin COVİD-19 testin nəticələrinin təqdim olunmaması) görə İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. İşdə olan “X7 and Cleaninq Group” MMC tərəfindən verilmiş kassa məxadil orderindən görünür ki, "Röyal Sapphire” otelində 06.05.2021-ci il tarixdə dezinfeksiya işləri aparılmışdır. İşdə olan “X7 and Cleaninq Group” MMC tərəfindən verilmiş aktdan görünür ki, "Röyal Sapphire” otelində aprel ayında dezinfeksiya işləri aparılmışdır. İşə əlavə edilmiş müxtəlif formatda çəkilmiş foroşəkillərdən görünür ki, "Röyal Sapphire” otelinin otaqlarında tibbi maskalar və tibbi spirtlər təşkil edilmiş, eləcə də otaqların qapılarında “otaqdan çıxarkən tibbi maskadan istifadə edin” yazıları yazılmış xəbərdarlıqlar asılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişir ki, mehmanxanada mərtəbə dəhlizləri, işçi otaqları, əyləncə sahələri, sanitar qovşaqlar və ictimai iaşə zonalarındakı masalar əllərin dezinfeksiyası üçün spirt tərkibli əl dezinfektantları, mövcud işçilərin işə başlamazdan əvvəl COVİD-19 testindən keçirilməsi və dezinfeksiya tədbirlərinin aparılması təşkil edilmədiyinə görə X6 Azərbaycan Respublikası X2 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə ilk növbədə mehmanxanada mərtəbə dəhlizləri, işçi otaqları, əyləncə sahələri, sanitar qovşaqlar və ictimai iaşə zonalarındakı masalar əllərin dezinfeksiyası üçün spirt tərkibli əl dezinfektantları ilə bağlı hissədə qeyd edir ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif formatda çəkilmiş foroşəkillərlə müəyyən olunur ki, "Röyal Sapphire” otelinin otaqlarında tibbi maskalar və tibbi spirtlər təşkil edilmiş, eləcə də otaqların qapılarında “otaqdan çıxarkən tibbi maskadan istifadə edin” yazıları yazılmış xəbərdarlıqlar asılmışdır ki, bununla da, COVİD-19 pandemiyası ilə bağlı qeyd edilən oteldə bütün sanitar-gigiyena rejiminin qaydalarına riayət edilmişdir. Həmçinin məhkəmə işçilərin işə başlamazdan əvvəl COVİD-19 testindən keçirilmələri ilə bağlı hissədə qeyd edir ki, şikayətçi həm şikayətində, həm də məhkəmə iclasında bildirmişdir ki, oteldə son zamanlar yeni işçi ilə əmək müqaviləsi bağlanmamışdır, otelin öz işçiləri isə mütəmadi olaraq COVİD-19 testindən keçdiklərindən sonra fəaliyyətlərin icrasına buraxılmışlar. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X2 nümayəndəsi X5 həmin sübutların və qeyd edilənlərin əksi olaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə şikayətçi X4 izahatını inandırıcı hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayonu Badamdar şossesində yerləşən "Röyal Sapphire” otelində sanitar-gigiyena rejiminin pozulması halları olmadığından, monitorinq formasında göstərilənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün X6 təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - iziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Belə olan halda, şəxsin barəsində AR İXMnin 211.1-ci maddəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi də qanunsuzdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası X2 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası X2 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar