Məhkəmə qərarları › İş №3(009)-1332/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1332/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1332/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 08 may 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən 13233,50 Avro məbləğində vəsait bank vasitəsilə 31 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasınln rezidentlərin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaların”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin araraldığı gündən 2 (iki) il müddətində 13233,50 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal ediməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 01 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, 2 şirkət arasında malların alqı-satqısı ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Xidmət müqaviləsinə əsasən Şəxs MMC malları alır, Rusiyaya çatdırır və qarşılığında xidmət haqqı alır. Mallar Polşadan alınır. Başqa bir müqavilə də var ki, Şəxs MMC həmin malları Polşadan alır. Biri xidmət müqaviləsidir, digəri alqı-satqı müqaviləsi. Malların çatdırılması və aralarında xidmət göstərilməsi barədə bəyannamə var. Bütün sənədlər dəfələrlə banka təqdim edilmiş, lakin bank qəbul etməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankından işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 02 aprel 2025-ci il tarixli məktubundan və ona əlavədən görünür ki, Şəxs MMC tərəfindən 13233,50 Avro məbləğində avans ödənişi aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № 4 ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən “OBER BANK AG” bank hesabına 13233,50 Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № AZ01-5 müqavilədən görünür ki, “Elbatrade HandelsgmbH” “satıcı” qismində malları “alıcı” Şəxs MMC-ə satır. Müqavilə xx.xx.2023-cü il tarixədək etibarlıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, Şəxs MMC tərəfindən "xxxx" KB ASC vasitəsilə 13233,50 Avro məbləğində avans ödənişi aparılmışdır. Avans məbləğinin ödənilməsindən 01 il 11 ay müddət keçməsinə baxmayaraq şirkət tərəfindən xaricə ödənilmiş vəsaitini müqabilində ölkəyə idxal edilmiş malın/ görülmüş işlərin/ göstərilmiş xidmətlərin təsdiq edici sənədi banka təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, mallar Şəxs MMC-ə çatdırılmalıdır. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, 13233,50 Avro məbləğində mallar Rusiya Federasiyasına idxal edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli № 23-173 müqavilədən görünür ki, Şəxs MMC spesifikasiyalarda göstərilən malları üçüncü ölkələrdən "xxxx" MMC üçün alır və çatdırır, "xxxx" MMC isə bunun əvəzində xidmət haqqı ödəyir. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən "xxxx" KB ASC-ə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 14 fevral 2023cü il tarixli 23-173 saylı Malların alqı-satqısının tapşırığı haqqında Müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Şəxs MMC spesifikasiyalarda göstərilən malları üçüncü ölkələrdən "xxxx" MMC üçün alır və çatdırır, "xxxx" MMC isə bunun əvəzində ona xidmət haqqı ödəyir. Bu müqaviləyə əsasən Şəxs MMC Elbatrade HandelsgmbH, Pamhagen ilə 15 fevral 2023-cü il tarixli AZ01-5 saylı alqı-satqı müqaviləsi bağlamışdır və bu müqavilə bağlandıqdan sonra mallar "xxxx" MMC-yə çatdırılmışdır. Yuxarıda qeyd olunan müqavilələrin şərtlərinə əsasən, "Ropla” MMC tərəfindən “Aztra" MMC- yə 13502,30 avro ödəniş olunub, Şəxs MMC isə öz tərəfindən bu ödənişi 15 fevral 2023-cü il tarixli müqaviləyə əsasən Elbatrade HandelsgmbH, Pamhagen ödəniş edib. Bunları təsdiq edən sənədlər İ-23032 saylı xx.xx.2023-cü il tarixli və 31-03 saylı xx.xx.2023-cü il tarixli invoyslardı. Bundan əlavə alınmış malların "xxxx" MMC-yə Russiya Federasiyasına, Moskva şəhərinə çatdırılmasını xx.xx.2023-cü il tarixli 10013160/130423/3167842 saylı gömrük bəyanaməsi təsdiq edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 13233,50 Avro məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında bank sənədinə əsasən bankda olan hesabından 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 13233,50 Avro dəyərində mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar