Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1333/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X3 Səbail RP-nin 39-cu PB tərəfindən tərtib edilmiş 17 aprel 2024-cü il tarixli, ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 RP-nin 39-cu PB tərəfindən tərtib edilmiş 17 aprel 2024-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, X2 rayon İcra Şöbəsinin 29 aprel 2024-cü il tarixli №144093/2.024-5-6 004 saylı Bildirişi əsasında İcraata başlamaq haqqında qərar göndərilərək 10 gün müddətində könüllü icrası tələb edilmişdir. İcraata başlamaq haqqında qərarın məzmunundan görünür ki, bu qərarın verilməsinə səbəb Səbail RPİ-nin 39- cu Polis Bölməsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi olmuşdur. Qeyd edilən icra sənədi əsasında ona məlum olmuşdur ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinin onu İXM-in 157-ci maddəsi üzrə inzibati xəta üzrə məsuliyyətə cəlb edib və Çarəmdə 300 manat məbləğində cərimə tətbiq edib. Səbail RPİ-nin 39-cu Polis Bölməsinin məni İXM-in 157-ci maddəsi üzrə inzibati xəta üzrə məsuliyyətə cəlb etməsi və barəmdə 300 manat məbləğində cərimə tətbiq etməsi tamamilə qanunsuzdur. Belə ki, qeyd edilən qərardan mənim indiyədək heç bir məlumatım olmayıb. Bu qərar barəsində yalnız Nəsimi rayon İcra Şöbəsinin 29 aprel 2024-cü il tarixli Bildirişi əsasında məlumat əldə edib. Məhkəməyə müraciət etməklə yanaşı qeyd edilən qərarın surətinin və iş üzrə bütün materialların surətlərinin də ona təqdim edilməsinə dair sorğu ilə Səbail RPİ-nin 39cu Polis Bölməsinə müraciət edib. İşin mahiyyəti isə bundan ibarətdir ki, 27 mart 2024-cü il tarixində Dənizkənarı Milli Park ərazisində 14 və daha yuxarı yaşlı uşaqlar üçün nəzərdə tutulmuş skuter sürən 10-12 yaşlarında uşaq, qəfildən həmin skuterlə üzərinə gələrək onu vurub. Aldığı xəsarətə görə uşağa qışqırdıqda uşağın yaxını tərəfindən fiziki zorakılığa məruz qalıb. Dərhal Dənizkənarı Milli Parkda olan mühafizəçiləri köməyə çağırdıqdan sonra Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət edib. Məhz onun şikayətləri nəticəsində polislər nəhayət ki, uşağın ona fiziki xəsarət yetirən yaxınını Polis Bölməsinə çağırıblar. Onun şikayətini yazdıqdan sonra Polis Bölməsinin göndərişi əsasında tibbi müayinədən keçib və xəsarət aldığı həkim arayışı ilə öz təsdiqini tapıb. Bundan sonra artıq ona fiziki xəsarət yetirən şəxsin qanun üzrə məsuliyyətə cəlb ediləcəyi qərarı gözləyib. Lakin Nəsimi icra Şöbəsindən aldığım qərar nəticəsində ona məlum olub ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsi ona xəsarət yetirən şəxsi deyil, onu İXM-in 157-ci maddəsi üzrə məsuliyyətə cəlb edib. O döyüldüyü və xəsarət aldığı və buna dair həkim arayışı olduğu halda, Səbail RPİ-nin 39-cu X8 rayon icra Şöbəsinin məktubu əsasında məlumat əldə edir ki, özbaşınalıq edərək, İXM- in 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməyi haqqında qərar qəbul edib. Məhkəmə prosesi zamanı onu görən şəxslər fiziki görünüşündən elə kiməsə heç bir fiziki zərər vurmaq qabiliyyətinin olmadığını aydın aşkar müəyyən edə biləcəklər. O yuxarıda qeyd etdiyi kimi, bugünədək barəsində qəbul edilmiş qərarın surətini əldə etmədiyi üçün həmin qərarın hansı əsaslarla qəbul edildiyini bilmir və bunlara dair əks arqumentlərini təqdim edə bilmir. Qərarın surətini əldə edən kimi, şikayətinə əlavələrini təqdim edəcək. Səbail RPİ-nin 39-cu Polis Bölməsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qanunsuz olduğu üçün ləğv edilsin və barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati tənbeh vermə haqqında qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar öz əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyi məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq barəsində qərar çıxarılmış fiziki şəxs inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli və həmin qərarın surəti şikayətə əlavə edilməlidir. Lakin şikayətə mübahisələndirilən qərar əlavə edilməmişdir. Həmin qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 17 aprel 2024-cü il tarixdə qəbul edilsə də X4 qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd ərizəyə əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2. həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə mübahisələndirilən qərar əlavə edilmədiyindən, habelə şikayət müddəti ötürüldüyündən şikayət geri qaytarılmalı və göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106,109 və 126, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 Səbail RP-nin 39-cu PB tərəfindən tərtib edilmiş 17 aprel 2024-cü il tarixli, ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1333/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1333/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver