Məhkəmə qərarları › İş №3(009)-1336/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1336/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1336/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, Bakı şəhəri, Əbilov küçəsi, ev 13-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN№2262561 serialı inzibati xəta haqqında protokola əsasən Şəxs müayinə zamanı THC(+), Met(+) AMP (+) müsbət aşkar olunmuş, eyni zamanda “Ultra” Clubda mübahisə edərək xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla əlaqədar Səbail rayon Pİ-nin 9-cu PB-nin sahə inspektoru Fərrux Nurullayev tərəfindən Şəxs barəsində AR İXM-nın 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutumuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü qismən təqsirli bilərək bir neçə gün qabaq toy məclisində marexuana çəkmiş, xx.xx.2025-ci il tarixdə Nizami küçəsi, “Ultra” Clubda hesab ödənilməsi zamanı anlaşılmazlıq olmuş, xırda mübahisə zamanı polis əməkdaşları yaxınlaşmış, onları polis bölməsinə aparmış, sonra müayinədən keçirmişlər. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə toplanmış materialları araşdıraraq, şahidləri dindirərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. İş üzrə “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 4558 saylı akta əsasən Şəxs THC(+), Met(+) AMP (+) aşkar edilmişdir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 206, 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. Məhkəmə hesab edir ki, onun özünü inzibati xəta törətməkdə qismən təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda üç inzibati xəta törətdiyinə görə, onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə AR İXM-nın 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehin daha ciddi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həmin maddənin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, eyni zamanda öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəlli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 04:00-dan hesablansın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 04:00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar