Məhkəmə qərarları › İş №3(009)-1337/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1337/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1337/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X6 nümayəndəsi “KREDO” Vəkil Bürosunun vəklili X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbehvermə haqqında MN ******* nömrəli, 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair X6 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 direktoru olduğu "xxxx" MMC geyimlərin ticarəti ilə məşğul olur və mağazalar şəbəkəsinin sahibidir. X8 ilə "xxxx" MMC arasında xx.xx.2023-cü ildə əmək müqaviləsi bağlanmış və "Max Mara" mağazasına satış təmsilçisi kimi qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində işçi öz istəyi ilə işdən çıxmaq üçün ərizə ilə müraciət etmiş və Əmək Məcəlləsinin 53.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixində X8 ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab işçiyə ödənilmişdir. Daha sonra, iş günlərinin hesablanmasında riyazi hesablama nəticəsində səhvə yol verildiyini aşkar edərək, xx.xx.2023-cü il tarixində son haqq-hesab yenidən hesablanmış və ödənilmişdir. Bundan narazı qalan G.Əliyeva X13 Xidmətinə şikayət etmişdir. DƏMX onun şikayətini əsas götürüb protokol tərtib etmiş və inzibati təhbeh vermə haqqında qərarda işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixində xitam verildiyini, lakin son haqqhesabın xx.xx.2023-cü il tarixində ödənildiyini qeyd etmiş və həmin qərarla direktor X10 900 (doqquz yüz) manat cərimə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilan nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir yəni maddənin dispozisiyasından da göründüyü kimi riyazi hesablamalar nəticəsinda yol verilən nöqsanlar istisna kimi nəzərə almışdır və hal-hazırda da mübahisəli X13 Xidməti tərəfindən tərtib edilən 30 may 2023-cü il tarixində MN ******* saylı protokol və onun əsasında xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərar da bu qəbildən olan mübahisədir lakin X13 Xidməti qeyd olunan nüansı nəzərə almayaraq X10 barəsində olaraq cərimələmişdir. Yuxarıda qeyd olunandan başqa, inzibati xətanın törədilməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın". Göstərdiklərini nəzərə alaraq şikayətin təmin olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X6 nümayəndəsi və vəkili X7 şikayəti müdafiə edərək göstəmişdir ki, sadə riyazi hesablamada səhvlik olmuşdur. xx.xx.2023-cü il tarixində işçi öz istəyi ilə işdən çıxmaq üçün ərizə ilə müraciət etmiş və Əmək Məcəlləsinin 53.1-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixində X8 ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab işçiyə ödənilmişdir. Daha sonra, iş günlərinin hesablanmasında riyazi hesablama nəticəsində səhvə yol verildiyini aşkar edərək, xx.xx.2023-cü il tarixində və son haqq-hesab yenidən hesablanmış və ödənilmişdir. Bundan narazı qalan G.Əliyeva X13 Xidmətinə şikayət etmişdir. Həmin pozuntu sonradan aradan qaldırılmışdır. İşçiyə son-haqq hesab ödənilərək əmək müqaviləsinə xitam verilmişdir. Göstərdiklərini nəzərə alaraq inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X3 şikayətə etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib olunmuşdur. G.Əliyeva 20 aprel tarixində müfəttişliyinə əmək haqqısının düzgün ödənilməməsi barədə müraciət etmişdir. 04 aprel-17 aprel 2023-cü il tarixinədək "xxxx" MMC-də çalışmışdır. X1 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin son haqq hesabı xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarına əsasən X1 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin son haqq hesabı xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.4-cü maddəsinə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 900 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, işçinin əmək haqqının hesablamasında riyazi hesablamalar nəticəsində səhvliyə yol verildiyindən və həmin nöqsan nəticəsində baş vermiş qanun pozuntusu aradan qaldırıldığından (işçiyə son haqqhesab yenidən hesablanmış ödənilmişdir) barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar