Məhkəmə qərarları › İş №3(009)-1344/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1344/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1344/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, X2 tərəfindən ləğv edilməsi xahiş edən qərarlar ayrı-ayrı vaxtlarda qəbul olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, X2 tərəfindən onun barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların hər birindən ayrıca şikayət verilməli, həmin qərarlardan verilmiş şikayətə baxılaraq yekun qərar çıxarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, X2 tərəfindən mübahisələndirilən qərarların surəti iş materiallarına əlavə etməmişdir. Göstərilən hallar isə hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar