Məhkəmə qərarları › İş №3(009)-1344/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1344/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1344/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Səbail rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənlinin, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdam şəhərində anadan olmuş, orta təhsilli, işsiz, Ağdam şəhəri, Qaradağlı sahəsində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Səbail rayon İcra və X4 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 10 iyul 2023-cü il tarixli, MN serialı ******* №-li inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2336/2019-007 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə X9 ilə cavabdeh Şəxs arasında 14 oktyabr 2007-ci il tarixdə 70 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 iddiaçı X10mm yanında qalması müəyyən edilməli və uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay Şəxs X10mm xeyrinə tutulmalı olan 160 manat sabit pul məbləğində aliment həmin uşağın atadan alınıb alınıb anaya verildiyi vaxtdan, xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay Şəxs X5 xeyrinə tutulmalı olan 160 manat sabit pul məbləğində aliment isə xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Cavabdeh Şəxs tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Səbail rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə borclu aliment ödənişlərindən yayınmışdır. Belə olan halda borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış, adma pul vəsaitinin oub- olmamasına dair aidiyyəti təşkilatlara, banklara sorğular verilmiş, lakin hər hansı pul vəsaiti aşkarlanmamış, həmçinin EMF sistemindən borclunun adma tələbin yönəldilə biləcəyi daşmar və ya daşınmaz əmlak aşkarlanmamışdır. Səbail rayon məhkəməsinin 8(009)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixdə borclu barəsində protokol tərtib edilərək məhkəmə qarşısına çıxarılmış və 500 manat cərimə edilmişdir. Borclunun hazır ki, aliment borcu 4960 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənli protokolu müdafiə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, tələbkarla birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir. Yəni xx.xx.2007-ci il təvəllüdlü qızı Əntiqə onun, xx.xx.2010-cu il təvəllüdlü oğlu Elçin tələbkarın yanındadır. Bununla yanaşı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2336/2019-007 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə o, oğlunun saxlanılması üçün indiyə qədər tələbkara heç bir aliment ödəməmişdir, lakin imkanı olanda maddi yardım göstərir. Hal-hazırda da işləmədiyi üçün aliment ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 borclunun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən hər hansı ödəniş etmədiyini bildirmiş və borclu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə İnzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi inzibati xətanı törətmiş Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıdığından, ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 10 iyul 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X8 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar