Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1348/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X2 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 10 iyul 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə, saat 10:28 radələrində Bakı şəhəri, X4 küçəsi 429 ünvanında (Yasamal rayonu) “Hyundai Accent” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, buna görə də İXM 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Həmçinin iş materiallarında olan barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş şəxs X1 vəsatətindən görünür ki, şikayətə qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarında olan elektron məhkəmə portalının çıxarışından görünür ki, X2 ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən İnzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş şəxsin şikayətinə onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti mövcuddur. X2 yaşayış yerinin Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 4ında olduğunu göstərsə də, şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri ünvan 3 ünvanındadır. Eyni zamanda Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 4ında yaşadığını təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olduğu halda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla X1 verdiyi şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində deyil, yaşayış yeri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, X1 verdiyi şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində deyil, həm yaşayış yeri üzrə, həm də inzibati xətanın törədildiyi yer üzrə (Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 429) Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1, 118 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 10 iyul 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1348/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1348/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver