Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1349/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakları ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 27931030 nömrəli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 27931030 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, 14 may 2025-ci il tarixdə mülkiyyətimdə olaran, idarə etdiyim "Prado" markalı, ** NF *** dövlət nömrə nişanlı avtomaşında Bakı çəhəri Səbail rayon məhkəməsinin sağ yan tərəfindən, ünvan 1 ünvanında həmişə olduğu kimi avtomobili park edib məhkəməı prosesinə getmişəm, lakin protokolda bakı şəhəri, Neftçi Qurban küçəsi 102 ünvanını gğstərilməklə cərimə edilmişəm. Təqdim etdiyim fotoşəkillərdən göründüyü kimi. avtomobilin dayandığı yerdə piyada keçidi, yol kəsişməsi və ya qadağan edici hər hansı yol hərəkətini tənzimləyən dövlət nişanı yoxdur, lakin göründüyü kimi yoldan keçən hənsısa vətəndaş tərəfindən maşının fotoşəkili çəkilərək aidiyyatı üzrə göndərilmiş və nəticədə qanunsuz olaraq mən 40 manat cərimə olunmaqla 2 balla cəzalandırılmışam. Şəkillərdən göründüyü kimi fotoşəkillər yolda quraşdırılmış kamera vasitəsi ilə deyil hasısa vətəndaş tərəfindən çəkilmiş və nəticədə barəmdə EQ27931020 saylı elektron protokol tərtib edilmiş və 40 manat cərmə olunmaqla qərarlı 2 balla cəzalandırılmışamr.Mən tərtib olunmuş protokolla və onun əsasında verilmiş qərarla razı deyiləm, belə ki, avtomobili saxladığım Mirzə Mustafayev küçəsi 1 ünvanında, həmin yerdə piyada keçidi nişanı, yol kəsişməsi və ya qadağan edici hər hansı yol hərəkətini tənzimləyən dövlət nişanı yoxdur, kimlər tərəfindən qərəzli olaraq şəkillər çəkilmiş, Neftçi Qurban küçəsi 102 ünvanını göstərərək aidiyyatı üzrə göndərilməklə qanunsaz olaraq mənə cərimə kəsilməklə 2 balla cəzalandırılmışam. Aşağıdakı göstərdiyim qanunvericiliyinm tələbinə əsasən həmin qərar qanunsuzdur, ləğv edilməlidir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcılləısinin 8.2. maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni Qanunun 8.3. maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Hesab edirəm ki, yalnız inzibati xəta haqqında protokolun tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Eyni zamanda fotoşəkilləri çəkən şəxs( elektron kamera, və ya şəxsin kim olduğu və s.) məlum deyil, ananim olaraq göndərildiyində cəza verilə bilməz. Göründüyü kimi tərtib olunmuş protokolda təqsiri olmayan şəxs cərimə edilib, ona görə də qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcılləısinin 346.5 maddəsinə əsasən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 40 manat cərimə edilməklə 2 balla cəzalandırılır. Həmin məcəlləmin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Qanunun 394.2. maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunun bu tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan nzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. F baxmayaraq, yəni mənim təqsirliliyimi əks etdirən başqa sübutlar olmadığı və inzibati haqqında protokolun yeganə sübut olmasına baxmayaraq həmin sənədin özü kobud q pozunutları ilə tərtib edilmişdir. Tərtib edilmiş protokol inzibati xətanın törədən şəxs barəsində qadağanedici nişam olmadığı yerdə ananim tərtib olundığunu nəzərə alaraq bu sənəd sübut əhəmiyyətini itirmişdi Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazovun Bolqarıstana qarşı 06 mart 2008. tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq ə şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ə mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə o bilməz. BDYPİ-nin EQ27931020 saylı protokolu əsasında tərtib edilmiş qərarının ləğv edilməsi əməlində inzibati xətanın tərkibi olmadığından icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək göstərmişdir ki, məhkəməyə tələsirdi, avtomobili həmişəki yerdə saxlamışdı. Həmin vaxt kimsə avtomobilin şəkillərini həm qabaqdan, həm arxadan, həm də içəridən çəkmişdir. M.Mustafayev küçəsində dayanmasına baxmayaraq N.Qurban küçəsində dayandığı göstərilmiş və cərimə yazılmışdır. Dayandığı yerdə qadağanedici nişan, piyada keçidi, sarı xətt, ağ xətt, kamera yoxdur. Həmişə dayandığı yerdir. Protokol qərəzli şəkildə tərtib edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru X3 şikayətə etiraz edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə "Prado" markalı, ** NF *** dövlət nömrə nişanlı avtomobil yolun tam kəsişməsində dayanmış və bu səbəbdən sürücü barəsində protokol tərtib edilmişdir. Fotoşəkillərdən aydın şəkildə görünür. Protokolun tərtib edildiyi yer Neftçi Qurban küçəsidir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 27931030 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş Dövlət Yol Polisi İdarəsinin göndərilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2025-ci il tarixli EQ seriyalı 27931030 nömrəli inzibati tənbehvermə barədə qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 12:46-da Bakı şəhəri, Neftçi Qurban küçəsində “Toyota Prado minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmışdır. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:46-da “Toyota Prado minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Neftçi Qurban küçəsində olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X2 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X2 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 27931030 nömrəli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 27931030 nömrəli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 27931030 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1349/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1349/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver