Məhkəmə qərarları › İş №3(009)-135/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-135/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-135/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X10 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X6, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindəndən daxil olmuş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, 16.09.1956-cı il tarixdə anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu Ə.Salamzadə küçəsi-5 inzibati binada qeydiyyatda olan X8 barəsində 11 yanvar 2022-ci il tarixdə MN ******* nömrəli protokola baxaraq müəyyən edilmişdir ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətindədir. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 16.09.1956-cı il tarixdə anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi- 5 inzibati binasında qeydiyyatda olan X8 09 dekabr 2021-ci il tarixdə X2 vuraraq ona xəsarət yetirmişdir. Nəticədə, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X9, inzibati protokolun məzmununa uyğun izahat verərək, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8 özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini və onunla barışmaq istədiyini bildirərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, 09 dekabr 2021-ci il tarixdə yaşadığı evdə olan zaman X8 onu döyərək xəsarət yetirmişdir. X7 bağışlamadığını bildirərək, onun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X4 əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2021-ci il tarixli rəyinə əsasən X1 bədənində müəyyən edilmiş xəsarətlər 09.12.2021-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında iş materiallarını araşdıraq belə hesab edir ki, X8 09.12.2021-ci il tarixdə X5 ilə aralarında qısqaclıq zəminində baş vermiş münaqişə zamanı sonuncunu döyərək, X3 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Belə olan halda, X4 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi var və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunan əməlin inzibati tənbeh olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və normalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə uyğun olaraq, X4 peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Göstərilənləri nəzərə alaraq, məhkəmə bərəsində inzibati xəta haqqında ış üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi X4 barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibatı tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar