Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1350/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarını ləğv edərək, əməlində inzibati xəta hadisəsi olmadığına görə ibzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "X4" MMC-də mühasib vəzifəsində işləmiş X14 MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ç maddəsinə əsasən işində verdiyi kobud səhvlərə, cəmiyyətin daxili etik davranış qaydalarını və iş şəraitini kobud şəkildə pozduğu üçün işdən azad edilmişdir. Aysel Cəfərli Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X13 şikayət ərizəsi ilə müraciət etmişdir. X13 tərəfindən bu fakt ilə bağlı araşdırma başladılmış və onların yoxlama ilə bağlı videokonfransda iştirak etmələrinə dair MMC-yə 03 aprel 2025-ci il tarixli 3-17-5/2- 28266/2025 nömrəli bildiriş göndərilmişdir. Həmin bildirişdə müxtəlif şəxslərin adları göstərilmiş, X7 adının əvəzinə X1 adı qeyd edilmişdir. MMC tərəfindən həmin məktub başa düşülmdəyindən onlar sonradan Əmək Müfəttişliyinin Bakı İdarəsi ilə əlaqə saxlamış və nəticədə artıq videokonfransın müddətinin bitdiyinin və bu məsələ ilə bağlı artıq protokol tərtib olunduğu müəyyən edilmişdir. "Vətəndaşların müraciətləri haqqında” Qanunun 4.6-ci maddəsinə əsasən dövlət orqanları müraciətlərə baxarkən subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin etməlidirlər. Bundan başqa şikayətə baxan dövlət orqanı tərəfindən həmin Qanunun 12.3 və 12.3.1-ci maddələri pozulmuşdur. Bundan başqa, X13 Xidməti tərəfindən MMC-dən həmin işçinin işdən azad olunmasına dair sənədlər istənildikdə onlar tərəfindən bütün sənədlər göndərilmiş, lakin texniki səhvi nəticəsində ləğv olunmuş və qeydiyyata alınmıimamış və töhmət qərarı sənədlərin arasında göndərilmişdir. MMC tərəfindən X6 əməkdaşların telefon vasitəsi ilə bu haqda məlumat verilmiş, lakin həmin əməkdaşlar tərəfindən bu nəzərə alınmamışdır. Nəticədə cəmiyyətimizə inzibati xətaya dair inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair qərar qəbul edilmiş və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən cəmiyyətə 1700 manat məbləğində cərimə hesablanmış və hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət verilmişdir. Həmin qərarda X10 iki inzibati tenbeh tədbirinin tətbiq edildiyi qeyd olunmuşdur. Lakin bildirmək istərdik ki, X7 etdiyi hərəkətlərə görə sadəcə bir inzibati tənbeh növü tətbiq edilmiş və nəticədə Aysel Cəfərli işdən azad edilmişdir. İkinci inzibati tənbeh ilə bağlı Aysel Cəfərli barəsində heç bir inzibati hərəkət edilməmiş və X8 ünvanlanmış məktubda səhv nəticəsində əlavə edilmiş töhmət əmri qeydiyyat kitabında qeydə alınmamış və ümumilikdə tətbiq edilməmişdir. X13 tərəfindən aparılmış yoxlama ilə X2 haqq-hesab düzgün hesablanmadığı və nəticədə Aysel Cəfərliyə daha az pulunun ödənilməsi qeyd edilmişdir. Bu məsələ ilə bağlı cəmiyyət tərəfindən aparılmış son haqq-hesabın hesablanması dəqiq yerinə yetirlmiş və heç bir səhvə yol verilməmişdir. Yuxarıda qeyd edildiyi kimi işin hallarından göründüyü kimi X13 tərəfindən aparılmış yoxlama ilə verilmiş qarar tam əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, məhkəmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarını ləğv edərək, əməlində inzibati xəta hadisəsi olmadığına görə ibzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X16, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının əsaslı olduğunu və onun qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X12 və ya onun nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, özü və ya səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə arəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Bekə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş 23 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan ki, vətəndaş X7 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu və 71-ci maddələrinin tələbləri pozularaq işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas göstərilərək xitam verildiyi müəyyən edilmişdir. Eyni zamanda son haqq-hesabının düzgün hesablanmayaraq tam şəkildə ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə, X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur. “İşçiyə intizam tənbehinin verilməsi barədə” 05 fevral 2025-ci il tarixli, 0502/25 nömrəli əmrdən görünür ki, “X9” MMC-də 01 aprel 2024-cü il tarixindən etibarən əmək müqaviləsi əsasında “mühasib” vəzifəsində çalışan X10 Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən töhmət verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 11 fevral 2025-ci il tarixli, 11 nömrəli əmrdən görünür ki, “X9” bölməsində “Mühasib” vəzifəsində işləyən X15 ilə bağlanılmış 5LJGP8G000800 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 11 fevral 2025-ci il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan normada sadalanan halların, yəni işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması sübuta yetirilməmişdir. Bunun əksini təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, X14 barəsində 05 fevral 2025-ci il tarixində töhmət verilmiş, lakin çox qısa müddət sonra – 11 fevral 2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Bu hallar işəgötürənin işçiyə əmək funksiyalarını yerinə yetirməsi üçün real və adekvat imkan yaratmadığını, həmçinin dəfələrlə pozuntu baş verməsi kimi bir əsasın olmadığını göstərir. Qanunvericilikdə “dəfələrlə” anlayışı hüquqi məzmunda təkrar və ardıcıl pozuntuları nəzərdə tutur, halbuki bu halda bu cür təkrarçılıq müşahidə olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə görə İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 23 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarının ləğv olunması barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 23 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ” qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1350/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1350/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver