Məhkəmə qərarları › İş №3(009)-1352/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1352/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1352/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis mayoru Tahir Rəsulovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:50 radələrində Şəxs, Z.Əliyeva küçəsində ünvansız nəlayiq söyüşlər söymüşdür. İş materiallarında olan inzibati qaydada tutma haqqında 11 iyul 2023-cü il tarixli, BB 005400 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis mayoru Tahir Rəsulov izahatında göstərmişdir ki, raporta əsasən xx.xx.2023-ci il tarixdə inzibati ərazidə xidmət apararkən saat 16:50 radələrində, Səbail rayonu, Z.Əliyeva küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşmışlar. Həmin şəxsə sakitləşməsini bildirdikdə o, əməlindən əl çəkməyərək uca səslə qışqırıb nalayiq sözlər işlətməyə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmaqdan yayınmışdır. Bu səbəblə həmin şəxsi tabesizlik etdiyi üçün PB-yə gətirərək raportla təhvil verilmişdir. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, anasının ağır xəstə olduğunu və həmin gün kliniki ölüm keçirtdiyini, nişanlısı ilə evə gedəndə dayısının arvadının ona zəng edib dərhal evə gəlməsini dediyini, anasının ağırlaşdığını düşündüyünə görə də əsəbiləşdiyini, həmçinin əməlindən peşman olduğunu bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili X1 izahatında göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə inzibati ərazidə xidmət apararkən saat 16:50 radələrində, Səbail rayonu, Z.Əliyeva küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşmışlar. Həmin şəxsə sakitləşməsini bildirdikdə o, əməlindən əl çəkməyərək uca səslə qışqırıb nalayiq sözlər işlətməyə davam etmişdir. Bu səbəblə həmin şəxsi PB-yə gətirilərək raportla təhvil verilmişdir Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39cu polis bölməsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-ci il tarixdə inzibati ərazidə xidmət apararkən saat 16:50 radələrində, Səbail rayonu, Z.Əliyeva küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşmışlar. Həmin şəxsə sakitləşməsini bildirdikdə o, əməlindən əl çəkməyərək uca səslə qışqırıb nalayiq sözlər işlətməyə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmaqdan yayınmışdır. Bu səbəblə həmin şəxsi tabesizlik etdiyi üçün PB-yə gətirərək raportla təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:50 radələrində Şəxs, Z.Əliyeva küçəsində ünvansız nəlayiq söyüşlər söydüyünə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə, həmçinin Şəxs xx.xx.2023-cü il tarixdən (saat 17:30-da) inzibati qaydada tutulduğunu nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar