Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1354/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İşdə olan 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Qəbələ” restoranının fəaliyyəti zamanı təmizləyici qurğudan çıxan tüstüdə atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən norma həddindən artıq olmasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Belə ki, iş materillarına əlavə edilmiş 20 may 2023-cü il tarixli, 000626 saylı Monitorinq Aktından görünür ki, 20 may 2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Qəbələ” restoranında həmin ərazinin ekoloji vəziyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən monitorinq keçirilmişdir. Monitorinq zamanı “Qəbələ” restoranının yaxınlığında kəskin iy-qoxu aşkar edildi. Restorana keçirilən baxış zamanı restoranda qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmışdır. Atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün “Ankat 64M-03” səyyar cihaz vasitəsilə ölçmə-analiz işləri aparılmış, nəticədə CO-11.4 m4/m3 təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Restoranda qaz-toz tutucu qurğunun filtləri vaxtı-vaxtında dəyişdirilməmiş və servis xidməti göstərilməmişdir. İş materillarına əlavə edilmiş 24 may 2023-cü il tarixli, 79837 saylı Aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Qəbələ” restoranında ətrafında tüstü və qoxu müşahidə edilməsi ilə bağlı X3 Monitorinq İdarəsi tərəfindən Şəxs MMC-nin nümayəndəsi Mərdan Mərdanovun iştirakı ilə ölçmə analiz işləri aparılmış, aparılan ölçmə işləri zamanı atmosferə atılan tullantıların miqdarı yol verilən hədd normasından artıq olduğu müəyyən edilərək bununla bağlı xx.xx.2023-cü il tarixli, 000626 nömrəli Monitorinq Aktı tərtib edilmişdir. Araşdırma zamanı Mərdan Mərdanov ölçmə işlərinin nəticələri ilə ilk tanış edilmiş və atmosferə atılan tullantıların normadan artıq olması izah edilmişdir. Mərdan Mərdanova “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun tələbləriin pozulduğu izah edilərək Akt və MMC barəsində protokol tərtib olunacağı barədə məlumat verilmiş, o isə öz növbəsində Akta imza etməkdən imtina etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, 20 may 2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Qəbələ” restoranında həmin ərazinin ekoloji vəziyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən monitorinq keçirilmişdir. Monitorinq zamanı “Qəbələ” restoranının yaxınlığında kəskin iy-qoxu aşkar edildi. Restorana keçirilən baxış zamanı restoranda qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmışdır. Atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək üçün “Ankat 64M-03” səyyar cihaz vasitəslə ölçməanaliz işləri aparılmış, nəticədə CO-11.4 m4/m3 təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Sonradan ünvan 1 ünvanında yerləşən “Qəbələ” restoranında ətrafında tüstü və qoxu müşahidə edilməsi ilə bağlı X3 Monitorinq İdarəsi tərəfindən Şəxs MMC-nin nümayəndəsi Mərdan Mərdanovun iştirakı ilə ölçmə analiz işləri aparılmış, aparılan ölçmə işləri zamanı atmosferə atılan tullantıların miqdarı yol verilən hədd normasından artıq olduğu müəyyən edilərək bununla bağlı xx.xx.2023-cü il tarixli, 000626 nömrəli Monitorinq Aktı tərtib edilmişdir. Araşdırma zamanı Mərdan Mərdanov ölçmə işlərinin nəticələri ilə ilk tanış edilmiş və atmosferə atılan tullantıların normadan artıq olması izah edilmişdir. Həmçinin Şəxs MMC barəsində inzibati protokolun tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən həmin nöqsanların tam olaraq aradan qaldırılması ilə bağlı tədbirlər görülməmişdir. Bununla da, ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus “Qəbələ” restoranının fəaliyyəti ilə əlaqədar atmosferə atılan tullantıların ətraf mühit üçün yol verilən hədd normasından artıq olması faktı iş materiallarında olan Aktlar və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130, 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1354/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1354/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver