Məhkəmə qərarları › İş №3(009)-1355/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1355/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1355/2020 20.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olan Bakı şəhəri, Yasamal rayonu əriazisində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində 9-cu PB-nin inzibati ərazisində xidmətdə olan polis əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində bir nəfər şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən icazəsinin olub-olmadığını soruşmuşlar və həmin şəxs cavabında icazəsinin olmadığını bildirmiş, bu zaman polis əməkdaşları həmin şəxsi karantin rejimi qaydalarını pozduğuna görə 9-cu polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmiş və onun barəsində İXM-nin 211.1ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində hərəkət edən zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan icazəsinin olub-olmadığını soruşmuşlar o, da cavabında icazəsinin olmadığını bildirmiş, bu zaman polis əməkdaşları onu karantin rejimi qaydalarını pozduğuna görə 9-cu polis bölməsinə gətirmişlər. Hazırda əməlindən səmimi peşman olduğunu, anasının xəstə olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili X7 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində 9-cu PBnin inzibati ərazisində xidmət yoldaşı N.Qurbanov ilə xidmətdə olan zaman Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində bir nəfər şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən icazəsinin olub-olmadığını soruşmuşlar, həmin şəxs cavabında icazəsinin olmadığını bildirmiş, bu zaman onlar həmin şəxsi karantin rejimi qaydalarını pozduğuna görə 9-cu polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmiş və onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili X3 şahid X4 izahatına uyğun izahat vermişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkilləriX3 və X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində 9-cu PB-nin inzibati ərazisində xidmətdə olan zaman Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində bir nəfər şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən icazəsinin olub-olmadığını soruşmuşlar, həmin şəxs cavabında icazəsinin olmadığını bildirmiş, bu zaman onlar həmin şəxsi karantin rejimi qaydalarını pozduğuna görə 9-cu polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmişdir. Qeyd edilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatı ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.6-cı bəndində qeyd edilmişdir ki, Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarı ilə “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına dəyişikliklər edilmiş, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində yaşayış yerini sms icazə almadan tərk etməklə Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində yaşayış yerini sms icazə almadan tərk etməklə Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 14 (on dörd) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 14 (on dörd) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 23:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 14 (on dörd) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 23:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar