Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1355/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X1 rayonu, Dəmirçizadə küçəsi 9 ünvanında məişət tullantılarının qalaqlanmasına şərait yaratmışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edilmişdir. Həmçinin müşayiət məktubunda inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin qaytarılmasının Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinə ünvanlandığı qeyd edilsə də, materiallar səhvən Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, materiallar yanlışlıqla Səbail Rayon Məhkəməsinə göndərildiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1355/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1355/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver