Məhkəmə qərarları › İş №3(009)-1358/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1358/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1358/2020 20.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədovun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3610/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə dünyaya gəlmiş X4 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat aliment tutularaq X2 verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmişdir. Borclu sonuncu dəfə xx.xx.2020-ci il tarixlərdə şöbəyə çağırılaraq izahatı alınmış və o, verdiyi izahatında hal-hazırda işləmədiyini, xx.xx.2020-ci il tarixə qədər bütün ödənişləri etdiyini, aliment üzrə yaranmış 616 manat aliment borcunu nə zaman işləyəcək o zamanda borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmçinin borclu izahatında adına heç bir daşınar və daşınmaz əmlakın olmadığını, adına qiymətli kağız və ya əmanətin olmadığı qeyd etmişdir. Hal-hazırda aliment borcu 616 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3610/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə dünyaya gəlmiş X4 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat aliment tutularaq ona verilməlidir. Borclu xx.xx.2020-ci il tarixə qədər bütün ödənişləri etmiş, lakin həmin tarixdən bu zamana kimi 616 manat aliment borcu yaranmışdır. Hazırda karantin rejimi olduğundan borclu Şəxs ona ödəməli olduğu aliment borcunu karantin rejimi bitənədək ona vaxt verməklə razılığa gəldiklərini bildirmişdir. Bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, lakin karantin rejimi olduğundan qazancı olmamış, bu səbəbdən aliment borcu yaranmışdır. Hazırda himayəsində bir uşaq olmaqla ailəlidir, qazancı və gəliri yoxdur, krantin rejimi bitdikdən sonra işləmək imkanı tapacaq və aliment borcunu hissə-hissə ödəyəcək. Qeyd etdiklərini, borcunun ödənilməsi üçün ona vaxt verilməklə tələbkarla razılığa gəldiyini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3610/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə dünyaya gəlmiş X4 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat aliment tutularaq X2 verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3610/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə dünyaya gəlmiş X4 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla, hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat aliment tutularaq X2 verilməlidir. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. X6 əldə olunmuş məlumata əsasən borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Hazırda Şəxs borcun ödənilməsi üçün ona vaxt verilməsi ilə bağlı tələbkarla razılığa gəlmiş və tələbkar ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hazırda borclunun yaşadığı şəhərin ərazisində xüsusi, eləcə də sərtləşdirilmiş karantin rejiminin müəyyən edildiyini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi “hazırda qazancı olmadığı üçün aliment borcunu ödəyə bilmədiyi” dəlilini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, xüsusi karantin rejimi səbəbi ilə işləmədiyi və qazancının olmadığı, bu səbəbdən də aliment borcunu ödəyə bilmədiyi üzrlü hesab edilməlidir. Belə olan halda isə, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar